DİN: Bir gündə 52 cinayət açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Bir gündə 52 cinayət açılıb

First News Media12:02 - Bu gün
DİN: Bir gündə 52 cinayət açılıb

Sentyabrın 17-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-dən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 121, o cümlədən borclu şəxs qismində axtarışda olan 96 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər