1news.az

Dünyanın ən bahalı şəhərlərinin reytinqi açıqlanıb

17 Yanvar saat 17:14 ~ 1 dəqiqəlik oxu 550
Dünyanın ən bahalı şəhərlərinin reytinqi açıqlanıb

Numbeo statistik resursu dünyanın ən bahalı şəhərlərinin reytinqini dərc edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, hesabatda “həyat dəyəri indeksi” üzrə lider Sürix olub. İlk beşlikdəki bütün yerlərdə İsveçrə şəhərləri qərarlaşıb. Sürixin ardınca Bazel, Lozzanna, Cenevrə və Bern gəlir. Onluğa, həmçinin Stavanger, Oslo və Tronheym (hər üçü Norveç), Reykyavik (İslandiya) və Bergen (Norveç) şəhərləri daxildir.

Reytinqə görə, Bakı ən bahalı şəhərlər arasında 390-cı yerdədir. Moskva 251-ci, İstanbul 325-ci, Ankara 362-ci, Yerevan 380-ci, Tbilisi 404-cü yeri tutur.

Siyahıya ümumilikdə 440 şəhər daxil edilib. Xidmətin saytında qeyd olunur ki, reytinq mağaza və restoranlarda qiymətlər, nəqliyyatda gediş haqqı, kommunal xidmətlərə çəkilən xərc, habelə yerli əhalinin alıcılıq qabiliyyəti əsasında tərtib olunub.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net