Əmircanda mənzilləri qarət edən gənc qız yaxalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Əmircanda mənzilləri qarət edən gənc qız yaxalanıb

09:36 - 21 / 05 / 2020
Əmircanda mənzilləri qarət edən gənc qız yaxalanıb

Bakıda gənc qız mənzil qarət edib.

1news.az-ın verdiyi xəbərə görə, hadisə mayın 9-da Suraxanı rayonu Əmircan qəsəbəsində baş verib. Naməlum şəxs qəsəbə sakini İmran Abbasova məxsus mənzildən min manat dəyərində televizor və məişət əşyaları oğurlayıb.

Həmçinin mayın 19-da Əmircan qəsəbəsində N.Əmirovaya məxsus mənzildən 700 manat dəyərində noutbuk oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq etməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Əfsanə Ağayeva tutulub.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
761

Son xəbərlər

Bütün xəbərlər