“Fərat Qalxanı” Rusiya, Türkiyə və ABŞ-ı birləşdirəcəkmi? | 1news.az | Xəbərlər
Siyasət

“Fərat Qalxanı” Rusiya, Türkiyə və ABŞ-ı birləşdirəcəkmi?

16:23 - 05 / 09 / 2016
“Fərat Qalxanı” Rusiya, Türkiyə və ABŞ-ı birləşdirəcəkmi?

Türk ordusunun “Fərat Qalxanı” adlı genişmiqyaslı əməliyyatı zamanı Suriyanın şimalında yerləşən Cerablus şəhərinin İŞİD-dən təmizlənməsi istiqamətində işlər davam edir.

Xatırladaq ki, əməliyyat beynəlxalq koalisiyanın gücləndirilmiş səyləri hesabına 24 avqustda başlayıb.

Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bildirdiyi kimi Türkiyənin məqsədi – İŞİD və Suriya kürdləri tərəfindən gələn təhlükəni dəf etməkdir.

“Ankara Suriya ilə sərhəd rayonlardan gələn hücumları sona çatdırmaq niyyətindədir. Əməliyyatlar təhlükə bitəndən sonra başa çatacaq”, - Türkiyə lideri bəyan edib.

Türk ordusu Qaziantepin Karkamış rayonuna sərhəddə yerləşən döyüşçülərin atəşinə cavab olaraq başlayıb.

Türkiyənin baş nazirinin müavini Numan Kurtuluş bəyan edib ki, Cerablusda baş verən hadisələr bu, ölkənin milli təhlükəsizlik məsələsidir. XİN rəhbəri Mövlud Çavuşoğlu isə qeyd edib ki, Ankara şəhərin azad olunması üçün lazımi kömək göstərməyə hazırdır. Bunun ardınca Türkiyənin baş naziri Binəli Yıldırım bildirib ki, Suriyada Türkiyə-ABŞ əməliyyatı PKK-nın əvvəlki mövqeyi – Fərat çayı sahillərinə qayıdana qədər davam edəcək. 

Amerika həmrəyliyi             

Qeyd edək ki, ABŞ Türkiyənin keçirdiyi antiterror əməliyyatını dəstəkləyib.

Xüsusən də, ABŞ-ın vitse-prezidenti Co Bayden bəyan edib ki, türk xalqı həqiqətən də İŞİD-dən ciddi ziyan görüb.

“Nə Amerika, nə də türk xalqı terrorçulara təslim olmayacaq. Biz, Cerablusda keçirilən əməliyyatları dəstəkləyirik. Türkiyə sərhədi elə Türkiyə tərəfindən mühafizə olunmalıdır. Türkiyə ilə bu istiqamətdə işlər davam etdirmək niyyətindəyik”.

Cerablusdakı əməliyyatlar müxalifətçi Azad Suriya Ordusunun nəzarətinə keçib. Qərb KİV-in yaydığı məlumata görə, əməliyyatda 350 türk hərbçisi, bunlardan 200-ü tankəleyhinə hissədən, 150 nəfəri isə xüsusi təyinatlılardandır.

Öz növbəsində Ərdoğan bəyan edib ki, Türkiyə İŞİD-ə qarşı Cerablusda, Başikdə, eləcə də lazım gələrsə digər yerlərdə də mübarizə aparacaq.

“Eləcə də Suriya kürdlərinin yaratdığı Demokratik Birlik Partiyası ilə də mübarizəni davam etdirməyə köklənmişik. Əməliyyatlarımız Suriyanın şimalından bu separatçı terror təşkilatının kökünü kəsənə qədər davam edəcək”.

Bakıdan baxış                                                       

“Tükiyənin güclü kəşfiyyatı var. Bu şəbəkə dəfələrlə bəyan edib ki, terror aktlarını İŞİD və PKK həyata keçirir. Bu da bu təşkilatların bir-biri ilə sıx əməkdaşlıq etməsinin sübutudur”, - bunu azərbaycanlı ekspert, hüquq elmləri doktoru, professor Kamil Səlimov bəyan edib.

“İstənilən dövlət milli təhlükəsizliyinin təmin edilməsi nöqteyi-nəzərindən antiterror əmliiyatları keçirmək hüququna malikdir. Bunun bariz nümunəsi – Rusiyadır. Baxmayaraq ki, Rusiya İŞİD-in yerləşdiyi ərazidən çox-çox uzaqdadır, onunla mübarizəyə fəal qoşulub. Bununla yanaşı Rusiya antiterror koalisiyasının fəal iştirakçılarındandır, eləcə də milli maraqlarını qorumağa çalışır.

Belə olan halda ərazisində çoxlu sayda terror aktları keçirilən Türkiyəyə qarşı hansı iddialar ola bilər?

“Beynəlxalq hüquq nöqteyi-nəzərindən Türkiyə milli maraqlarının qorumaq məqsədilə beynəlxaq koalisiya çərçivəsində terror əməliyyatları keçirmək hüququna malikdir”, - bunu ekspert 1news.az-a müsahibəsində bildirib.

Əməliyyatlar nə vaxta qədər davam edəcək?

K.Səlimovun sözlərinə görə, bu məsələ konkret faktlardan– koalisiyanın vahid və razılaşdırılmış fəaliyyətindən, eləcə də terror təşkilatlarının maliyyə vəziyyətindən asılıdır.

“Diqqət yetirin, İŞİD-lə mübarizəyə koalisiya demək olar ki, iki qrupa bölünüb. Birinci qrupa ABŞ başda olmaqla 80 Avropa dövləti, ikinci qrupa isə Rusiya, Suriya və İran daxildir. Baxmayaraq ki, bu əməliiyatın başlıca strategiyası İŞİD-lə mübarizə səslənsə də, koalisiya üzvləri arasında qarşılıqlı anlaşma çox aşağı, effektsiz səviyyədədir.

Həmçinin ekspert Suriyanın şimalında bufer zonanın yaradılmasını da istisna etmir.

Xatırladaq ki, Ankara daha əvvəl də bu layihəylə bağlı dəfələrlə qətnamə ilə çıxşı edib.

BMT-nin Türkiyə qoşunların Suriyaya yeridilməsilə bağlı narahatlığından danışan ekspert qeyd edib ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən bir dövlətin ərazisinə digər dövlətin qoşunlarının yeridilməsi BMT-nin Təhlükəsizlik Şurası ilə razılaşdırılıb.

“Kürd məsələsi ilə bağlı beynəlxalq qurumlar Türkiyənin əməli ilə bağlı narahatdır. Bu məsələ eləcə də Türkiyənin daxili problemidir. Əgər hazırki əməliyatda sadəcə İŞİD elementi olsaydı, çox güman ki, beynəlxalq qurumlar bu cür reaksiya göstərməzdi. Kürd problemi Türkiyənin milli təhlükəsizlik problemidir, təbii olaraq da Türkiyə prezidenti döyüşçülərin məhv edilməsi istiqamətində müvafiq addımlar atmalı idi”, - Səlimov bildirib. 

Kürd dövlətinin yaranması məsələsinə toxunan ekspert qeyd edib ki, Türkiyə birmənalı olaraq buna mane olacaq, eyni zamanda ABŞ kürdlərdən dəstəyini kəsəcək.

Bununla yanaşı o qeyd edib ki, Suriyada hərbi əmliyyatların keçirilməsinin əsas oyunçuları – Türkiyə, Rusiya və ABŞ  müəyyən qarşılıqlı anlaşmaya nail olublar.

Danışır Moskva...

Yeri gəlmişkən, Rusiya XİN-i Türkiyə Silahlı Qüvvələrinin Suriya ilə sərhəddə keçirilən əməliyyatla bağlı narahatlığını bildirib.

Moskvanın münaqişə zonasında vəziyyətin gərginləşməsi məsələsindən narahatlı ilə bağlı məlumatlar Rusiyanın bir çox KİV-də yer alıb.

Bununla bağlı rusiyalı ekspertlər də öz fikirlərini bəyan ediblər. Türkiyənin Suriyada hərbi əməliyyatları ilə bağlı Rusiya da çətin vəziyyətə düşdü. Bununla bağlı Rusiya Suriya hökuməti, kürdlər və  münasibətləri normallaşan Türkiyə arasında seçim etməli olacaq.

“Fərat Qalxanı” əməliyyatının Rusiyanı çətin diplomatik vəziyyətə qoyduğunu bəyan edən Rusiyanın Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Qriqori Melamedovun fikrincə Rusiya dərhal yeni mövqe seçməlidir.

“Moskva yaxın zamanlarda Ankara ilə münasibətləri normallaşdırıb. Digər tərəfdən də kürd məsələsinə toxunmamağa çalışır. Əməliyyatlar hər şeyi dolaşığa salır. Rusiya maraqları ilə çıxış edən şirkətlərin istiqamətləri dəyişib. Yaranmış vəziyyət Ərdoğanla Əsəd arasında vasitəçi kimi çıxış edə bilər. Dəməşq və Ankaranın Kürdistan dövlətinin yaranmasının istəməməsi də vasitəçi kimi işləri asanlaşdıra bilər. Bu mövqe ilə Suriyanın ərazi bütövlüyünü dəstəkləyən Rusiya da çıxış edir”.

Şərqdə hər şey və dərhal mümkündür

Öz növbəsində məşhur rus jurnalisti, “Rusiya Qlobal Siyasətdə” jurnallının baş redaktoru Fedor Lukyanov hazırki əməliyyatın gözlənilməz nəticələrindən danışaraq qeyd edib ki, Yaxın Şərqdə hər şey və dərhal mümkündür.

Onun sözlərinə görə, Türkiyənin Suriyadakı münaqişəyə müdaxilə etməsi bu ölkəni xarici güclərin qarşıdurma meydanına çevirəcək:

“Sözdə Suriyanın, eləcə də digər Yaxın Şərq dövlətlərinin vahidliyinə sadiqlik bəyan edilir, işdə isə Suriyanın sərhədlərinin bərpası nəzərdə tutulur. Ən əsası isə Suriyanın altı il əvvəl olduğu kimi idarə etmək dərəcəsinə çatdırmaqdır, bu isə alınmır. Düşünmək olar ki, hərbi fəaliyyətlər müyyən vaxt dayandırırlacaq – tərəflər dərk edəcək ki, hərbi qələbə mümkün deyil və onlar vəziyyəti ələ almağa çalışaçaq. Gələcək Suriyanın şərti “subyektləri” dövlət quruluşu baxımdan bir-biri ilə danışıqlara girəcək. Əsas problem ondadır ki, bu subyektlər bu və ya digər xarici qüvvə olmadan bacarıqsızdırlar. Bu, Rusiya və İran hərbi gücü olmadan çoxdan məhv olan Əsəd rejiminə, eləcə də Qərb və Körfəzin yardım etdiyi “can verən müxalifət”ə də aiddir. Suriya ədavətinə cəlb edilən xarici maraqlar istər müharibə, istərsə də sülh baxımından qaçılmaz hissədədir”.

Ekspertin sözlərinə görə, koalisiya qarşıdurması artıq düzəlir: bir qruplaşma Rusiya hərbi maşınının, digəri isə - Amerika ətrafında toplaşıb.

Məşhur atalar sözünə bir qədər dəyişiklik edərək: istənilən pis sülh mehriban müharibədən yaxşıdır. Bu, təkcə Suriyaya aid deyil. Belə ki, hər şey xarici qüvvələrin öz aralarında nə qədər tez razılığa gəlməsindən asılıdır.

1news.az

Paylaş:
859

Son xəbərlər

QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə20 / 05 / 2024, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb20 / 05 / 2024, 17:25Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb20 / 05 / 2024, 17:04Qarabağ Universitetinin rektoru təyin edilən Şahin Bayramov kimdir? - DOSYE20 / 05 / 2024, 17:01Qarabağ Universitetinə rektor təyin edilib20 / 05 / 2024, 16:56Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib20 / 05 / 2024, 16:51Lisey və gimnaziyalara qeydiyyat başlayıb20 / 05 / 2024, 16:37Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edib20 / 05 / 2024, 16:20Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar20 / 05 / 2024, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEO20 / 05 / 2024, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıb20 / 05 / 2024, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB20 / 05 / 2024, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilib20 / 05 / 2024, 14:55Xankəndiyə prokuror təyin edilib20 / 05 / 2024, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTO20 / 05 / 2024, 14:51
Bütün xəbərlər