Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

15:09 - 20 / 05 / 2024
Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev mayın 20-də Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az xəbər verir ki, ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev dövlət başçıları səviyyəsində və digər səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsinə töhfə verdiyini qeyd etdi. Azərbaycan Prezidenti parlamentlərarası əməkdaşlığın önəminə toxundu.

Dövlət başçısı bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra regionda sülh üçün tarixi imkanlar yaranıb. Azərbaycan Prezidenti Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə toxunaraq, onun hər hansı nəticəyə hasil olmadığını, o zaman ərazilərimizin işğalının davam etdiyini vurğuladı. Hazırda isə sülh gündəliyinin irəli aparılması üçün çox yaxşı və əlverişli imkanların olduğunu deyən dövlət başçısı sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində də ikitərəfli proses çərçivəsində müsbət razılaşmaların əldə olunduğunu qeyd etdi.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bu münaqişəni həll etdi. Beləliklə, beynəlxalq münasibətlərdə bir münaqişə öz həllini tapıb. Lakin, buna baxmayaraq, təəssüf doğuran haldır ki, dünyada yeni münaqişə ocaqlarının formalaşması baş verməkdədir.

Azərbaycan Prezidenti Dayqa Mierinanın Qarabağa səfərinə də toxundu.

Latviya Seyminin sədri Qarabağa səfər etmək üçün onlara imkan yaradıldığını deyərək Şuşada və Qarabağın digər yerlərində olduqlarını məmnunluqla vurğuladı.

Qonaq ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 30 illik müddəti əhatə etməsinə baxmayaraq, xalqlar arasında mədəni əlaqələrin tarixinin daha dərin köklərinin olduğunu dedi. Bu xüsusda o, 100 ildən də əvvəl latviyalı rəssam Yulie Straumenin Şuşada yaşadığını və orada müəllim işlədiyini, həmçinin onun Şuşada Azərbaycan xalçalarının kolleksiyasını yaratdığını məmnunluqla xatırladı.

Dayqa Mierina COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirdi, COP29-da iştirak etmək üçün Latviya Prezidentinin də ölkəmizə səfər edəcəyini dedi.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əlaqələrdən və qarşılıqlı dəstəkdən məmnunluq bildirildi. Latviyanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsinə görə Azərbaycana bir daha minnətdarlıq ifadə olundu. Azərbaycan ilə Avropa İttifaqı və NATO arasında əməkdaşlığa Latviyanın göstərdiyi dəstək və ölkəmizin Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyinə töhfəsi yüksək qiymətləndirildi. Orta Dəhlizin inkişaf etdirilməsində Azərbaycanın rolu və region dövlətləri ilə birgə fəaliyyəti qeyd olundu.

Söhbət zamanı ölkələr arasında kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, Latviyanın kənd təsərrüfatı sahəsində çox yaxşı təcrübəsinin olduğu bildirildi və bu sahədə Azərbaycan ilə əməkdaşlığa maraq ifadə edildi.

***

12:43

Prezident İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Paylaş:
433

Son xəbərlər

Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15
Bütün xəbərlər