Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edib
Azərbaycanda işgüzar səfərdə olan Latviya Seyminin sədri Dayqa Mierina ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparıb.
1news.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə, həmçinin iki ölkə arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək.
339