Azərbaycan-Tacikistan biznes forumu keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan-Tacikistan biznes forumu keçirilib

Qafar Ağayev14:55 - 20 / 05 / 2024
Azərbaycan-Tacikistan biznes forumu keçirilib

Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçirilib.

1news.az xəbər verir ki, Biznes forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, dövlətlərimizin rəhbərlərinin siyasi iradəsi və dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə inkişaf etməsində mühüm rol oynayır. Ölkələrimiz istər ikitərəfli və çoxtərəfli formatda, istərsə də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərir. Tacikistanla iqtisadi-ticarət əməkdaşlığı inkişaf edir. 2024-cü ilin yanvar-aprel ayları ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 78% artıb. Bu göstəricinin daha da yüksəldilməsi üçün geniş imkanlar var. Bununla yanaşı, yüngül sənaye, kimya sənayesi, dağ-mədən sənayesi və digər istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi üçün potensial böyükdür.

Forumda Azərbaycanın əlverişli işgüzar mühiti, nəqliyyat-logistika potensialı, işğaldan azad edilmiş ərazilərimizdə, sənaye parklarında sərmayədarlar üçün yaradılan imkanlar, həyata keçirilən layihələr barədə məlumat verilib, həmçinin bu ilin noyabrında ölkəmizdə keçiriləcək COP29 çərçivəsində əməkdaşlıq imkanları diqqətə çatdırılıb, tacikistanlı həmkarlar və iş adamları fəal tərəfdaşlığa dəvət olunub.

Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir ölkələrimizin biznes qurumlarının iştirakı ilə keçirilən bu cür forum və tədbirlərin işgüzar dairələr arasında səmərəli işbirliyinin qurulması baxımından əhəmiyyətini qeyd edib, Azərbaycanla iqtisadi-ticarət münasibətləri və investisiya tərəfdaşlığının inkişaf etdirilməsi haqqında fikirlərini bildirib.

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Sulton Raximzoda, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Tacikistan Respublikası Hökuməti yanında İxrac Agentliyinin direktoru Baxriddin Sirocidinzoda Azərbaycan və Tacikistanın biznes və investisiya mühiti, işbirliyinin müvafiq istiqamətlər üzrə inkişaf etdirilməsi imkanları və istiqamətləri barədə çıxış ediblər.

Tədbirdə, həmçinin ölkələrimizin investisiya imkanlarına dair təqdimatlar olub.

Forumda iki ölkənin müvafiq qurumları və sahibkarlıq subyektləri arasında birgə təşəbbüslərin reallaşdırılmasını, sənaye, kənd təsərrüfatı, investisiya, turizm və s. sahələrdə əməkdaşlığı nəzərdə tutan sənədlər imzalanıb.

Tədbir çərçivəsində B2B formatda görüşlər keçirilib.

Tacikistanın sənaye və yeni texnologiyalar naziri ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir ilə görüşüb. Görüşdə qeyd olunub ki, ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüş və tədbirlər, işgüzar əlaqələr ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın yüksələn xətlə inkişaf etməsində mühüm rol oynayır. Bildirilib ki, Tacikistanla energetika, alüminium sənayesinin inkişafı, aqrar, tekstil sahələrində birgə fəaliyyətin dəstəklənməsi əhəmiyyət kəsb edir.

Görüşdə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Paylaş:
308

Son xəbərlər

COP29 zamanı Azərbaycana qarşı kampaniyalar - Özlərini “ekologiya mühafizəçisi” adlandıranların uğursuzluğu - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər