“Qarabağın Rəngləri” layihəsindən əldə edilən vəsait “İmarət” kompleksinin bərpasına yönəldiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qarabağın Rəngləri” layihəsindən əldə edilən vəsait “İmarət” kompleksinin bərpasına yönəldiləcək

17:34 - 20 / 05 / 2024
“Qarabağın Rəngləri” layihəsindən əldə edilən vəsait “İmarət” kompleksinin bərpasına yönəldiləcək

“Qarabağın Rəngləri” layihəsindən əldə edilən vəsait Ağdam rayonunun ərazisində yerləşən və hazırda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə bərpa olunan Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.

1news.az "Report"a istinadən xəbər verir ki, bunu layihənin təqdimat mərasimində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, "Qarabağ rəngləri" layihəsinin əsas məqsədi Qarabağın zəngin mədəniyyətinin, Azərbaycan xalqının bu torpaqlardakı irsinin təbliği və xeyriyyəçilik ənənəsinin təşviqidir:

"Gənc rəssamlar layihə çərçivəsində 19 rəsm əsəri və 4 heykəl olmaqla 23 incəsənət nümunəsi yaradıb. Bu əsərlər layihənin xüsusi internet səhifəsində satışa çıxarılıb. Onları əldə etmək üçün Qarabağ Dirçəliş Fonduna ianə etmək kifayət idi. Artıq 22 əsər satılıb və buna görə Fonda artıq 85 min manata yaxın ianə daxil olub. Bu layihə cəmiyyətdə Qarabağ mövzusunun aktuallaşdırılması üçün çox yaxşı üsul idi. Ona görə də layihəni dəstəkləyən hər kəsə, əsərləri əldə edən donorlara təşəkkürümü bildirirəm".

Paylaş:
416

Son xəbərlər

Beynəlxalq Qurama Festivalı Şuşa səfəri ilə başa çatdı - FOTO24 / 06 / 2024, 19:11AZAL növbəti dəfə Mərkəzi Asiya və MDB-nin ən yaxşı aviaşirkəti seçilib24 / 06 / 2024, 18:31MMF2024-ün üçüncü gününün spikerləri bəlli oldu!24 / 06 / 2024, 17:49Berlində Azərbaycan dili məktəbinin açılışı olub24 / 06 / 2024, 17:38Ötən il 55 tələbə vəfat edib24 / 06 / 2024, 17:34Ceyhun Bayramov Qırğız Respublikasının yeni səfiri Maksat Mamıtkanovu qəbul edib24 / 06 / 2024, 17:12Ötən il buraxılış imtahanı üzrə ən yüksək və ən aşağı göstəricilərin qeydə alındığı bölgələr - SİYAHI24 / 06 / 2024, 16:45Müəllimlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb24 / 06 / 2024, 16:36Bakı metrosunun Bənövşəyi xəttində qatarların hərəkət qrafiki dəyişdirilir24 / 06 / 2024, 16:29Bakıda qətlə yetirilən polis əməkdaşı Mirəli Heydərov Kürdəmirdə dəfn olunub - FOTO24 / 06 / 2024, 16:13Xalq Bank və “Baku City Residence” xüsusi kobrend Visa kartını təqdim ediblər24 / 06 / 2024, 16:05AAYDA: Salyan şosesində təmir işlərinə başlanılıb24 / 06 / 2024, 16:00Bu gün Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür24 / 06 / 2024, 15:49Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması barədə Prezidentin sorğusuna baxacaq24 / 06 / 2024, 15:37Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya təsdiq edilib24 / 06 / 2024, 15:23Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb24 / 06 / 2024, 15:01Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM24 / 06 / 2024, 15:00Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşları ilə vida mərasimi keçirilib - FOTO24 / 06 / 2024, 14:44Bakıda qətlə yetirilən polis əməkdaşı Mahir Ağayev dəfn olunub - FOTO24 / 06 / 2024, 14:32Qızıl Aypara Cəmiyyəti və “LU-MUN Holding” MMC-nin dəstəyi ilə Neftçala və Mingəçevirdə “Ümumi Xeyriyyə Aksiyası” baş tutub - FOTO24 / 06 / 2024, 14:20
Bütün xəbərlər