Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı-faydalı münasibətləri qoruyub saxlayır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı-faydalı münasibətləri qoruyub saxlayır

14:40 - 20 / 05 / 2024
Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı-faydalı münasibətləri qoruyub saxlayır

"Cənub qonşumuz İranla olan anlaşılmazlıqlar aradan qalxır".

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

"Ötən gün sərhəddə dövlət başçıları arasında keçirilən tarixi görüş münasibətlərdə yeni səhifənin açılması kimi dəyərləndirilməlidir. Təəssüf ki, İran Prezidenti helikopter qəzasında dünyasını dəyişdi. Təsadüfi deyil ki, helkopterin sərt eniş etməsi barədə məlumat yayıldıqdan sonra Prezident İlham Əliyev buna reaksiya verən ilk dövlət başçısı oldu. Dövlət başçımız qonşu, dost və qardaş ölkə olaraq Azərbaycanın hər cür dəstək göstərməyə hazır olduğunu bəyan etdi".

Deputat bildirib ki, Rəsmi Bakı qarşıdan gələn dövrdə də İranla kitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürüdəcək.

"Məlumdur ki, Tehrandakı səfirliyimizə hücum edən şəxs cəzalandırıldı. İyuldan səfirliyimiz yeni binada fəaliyyət göstərəcək. Bir sözlə, yerin tapılması, uyğunlaşdırma işləri vaxt tələb edib.

Ötən günki görüş isə prezidentlərin sərhəddə ilk görüşü idi. Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində dövlət başçıları çox vacib mesajlar verdilər. Liderlər birgə müzakirələri yenidən nəzərdən keçirdilər. Hər iki ölkənin əsas hədəfi birlik və dostluğun sarsılmazlığını təmin etmək, münasibətlərə kölgə salmaq cəhdlərini zərərsizləşdirməkdən ibarətdir. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, bölgənin inkişafı regiondakı ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır: “Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək””.

"Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit yollarından biri olacaq. Oradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması həyata keçiriləcək. Qarşıdan gələn dövrdə dəmir yolunun da çəkilməsi nəzərdə tutulur" - deyə, K.Nurullayeva əlavə edib:

"Verilən mesajlardan bir daha aydın oldu ki, Bakı və Tehran əməkdaşlığı bütövlükdə bölgənin sabitliyi üçün önəmli faktordur. Bunu nəzərə alaraq, hər iki ölkə bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün bütün beynəlxalq təşkilatlarda bir-birinə bundan sonra da dəstəyi davam etdirəcək. Beləliklə, Azərbaycanla İran arasında yeni mərhələ açıldığını əminliklə söyləmək olar".

Paylaş:
278

Son xəbərlər

“Qarabağ” Qəbələyə qalib gəlib,1/4 finala vəsiqə qazanıb04 / 12 / 2024, 17:58Gənc yazar dünyasını dəyişdi04 / 12 / 2024, 17:54Yasamal və Xəzər rayonlarının bir hissəsində qaz kəsiləcək04 / 12 / 2024, 17:45Ödənişli avtomagistrallarla bağlı yeni cərimələr müəyyən olunur04 / 12 / 2024, 17:42Santa Klausun izi ilə - Antalyanı bir də belə tanıyın - FOTO04 / 12 / 2024, 17:30“Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnib04 / 12 / 2024, 17:29Məktəb yoldaşına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şagird saxlanılıb04 / 12 / 2024, 17:11Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşüb04 / 12 / 2024, 17:05Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək04 / 12 / 2024, 16:49ASAN könüllülərinin sayı 40 mini ötdü - FOTO04 / 12 / 2024, 16:45“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda - FOTO04 / 12 / 2024, 15:56Suriyada gərginlik artır: Müxaliflər irəliləyir, rejim əks hücuma hazırlaşır04 / 12 / 2024, 15:16Şuşada daha 48 ailəyə evlərinin açarı təqdim olunub - FOTO - YENİLƏNİB04 / 12 / 2024, 15:08Tacikistan Prezidenti İlham Əliyevə zəng edib04 / 12 / 2024, 14:59İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından 682 qram qızıl aşkarlanıb04 / 12 / 2024, 14:42İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib - FOTO04 / 12 / 2024, 14:30Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib - DOSYE04 / 12 / 2024, 14:02Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə 2 mükafata layiq görülüb04 / 12 / 2024, 13:53Türkiyənin Antalya şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ olub04 / 12 / 2024, 13:25ADY bu ilin 11 ayında baş verən toqquşmaların sayını açıqladı04 / 12 / 2024, 13:20
Bütün xəbərlər