Gürcüstan parlamentinin üzvü: "Azərbaycandakı seçkilər regionda demokratiyanın inkişafına bir təkandır" | 1news.az | Xəbərlər
Siyasət

Gürcüstan parlamentinin üzvü: "Azərbaycandakı seçkilər regionda demokratiyanın inkişafına bir təkandır"

11:10 - 10 / 02 / 2020
Gürcüstan parlamentinin üzvü: "Azərbaycandakı seçkilər regionda demokratiyanın inkişafına bir təkandır"

Biz Gürcüstan  olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini hər zaman dəstəkləyirik".

1news.az-ın məlumatına görə, bunu Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə edən Gürcüstan parlamentinin azərbaycanlı deputatı Savalan Mirzəyev deyib.

S.Mirzəyev vurğulayıb ki, Azərbaycanda keçirilən seçkilər demokratik şəraitdə baş tutub: "Gürcüstandan olan parlament üzvləri olaraq 11 məntəqədə müşahidə keçirdik. Həmin məntəqədə seçicilər, müxtəlif partiya üzvləri və komissiya üzvləri tərəfindən bizə bildirildi ki, seçkilər şəffaf şəraitdə keçirilir. Biz həmçinin bizimlə tərəfdaş olan müşahidəçi missiya olan dövlətlərlə də əlaqə yaratmışdıq. Onlar da qeyd etmişdi ki, həm seçicilər, həm müşahidəçilər üçün yüksək şərait yaradılıb".

Azərbaycanın Gürcüstan üçün əsas tərəfdaş ölkə olduğunu deyən S.Mirzəyevin sözlərinə görə, Azərbaycanda gedən hər hansı siyasi proses Gürcüstan üçün çox böyük önəm daşıyır: "Bu il Gürcüstanda da parlament seçkiləri keçirilməlidir. Azərbaycanda seçkilərin belə demokratik şəraitdə keçirilməsi regionda demokratiyanın inkişafına bir töhfədir, təkandır. Azərbaycan xalqı öz seçimi ilə Azərbaycan dövlətçiliyinə olan dəstəyini bir daha göstərdi".

B.Cahandarov

Paylaş:
452

Son xəbərlər

May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08
Bütün xəbərlər