İrəvan – Azərbaycanındır. Və nöqtə: Prezident alimlər qarşısında hansı vəzifələri qoyur? | 1news.az | Xəbərlər
Siyasət

İrəvan – Azərbaycanındır. Və nöqtə: Prezident alimlər qarşısında hansı vəzifələri qoyur?

15:25 - 05 / 06 / 2020
İrəvan – Azərbaycanındır. Və nöqtə: Prezident alimlər qarşısında hansı vəzifələri qoyur?

Hazırki Ermənistanın qurulduğu torpaqların tarixi mənşəyi problemini qaldıran Prezident İlham Əliyev “qədim erməni sərhədlərinin” az qala bütün məlum dənizlərə qədər uzandığı ilə bağlı miflərini puç etdi.

Dövlət başçısı dəfələrlə indiki Ermənistan ərazisindəki toponimlərin böyük əksəriyyətinin Azərbaycan mənşəli olduğunu vurğulayıb və Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid xəritələrdəki toponimlərlə bağlı rayon icra hakimiyyəti başçılarına dəfələrlə iradını bildirib.

Prezident təkcə yerli tarixi-diyarşünaslıq muzeylərində xəritələri yerləşdirməyi deyil, onların məzmununa son dərəcə diqqətli olmağı tələb edir:

“Bu xəritə də bilinmir hansı tarixə aiddir. İndiki Azərbaycan ərazisində heç bir şəhərin adı yoxdur. Var buna cavab? Xəritə asmısınız, hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə bizim tariximizdir. Uşaqlar gəlib bu xəritədən bu tarix haqqında nə başa düşəcəklər? Heç bilinmir nədir bu. Özü də haradan götürmüsünüz Allah bilir. Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla iş bitir? Özü də uşaq otağıdır. Uşaq gəlib soruşacaq ki, bu, nədir, mənim məmləkətim nədir? Haradadır mənim qədim şəhərlərim?” - Prezidentin bu sitat məsələyə nə dərəcədə diqqətli olduğunu mükəmməl əks etdirir.

Beləliklə, dövlət başçısı toponimlərin təkcə coğrafi adlar deyil, qiymətli tarixi mənbə olduğunu, bunun köməyi ilə faktların müəyyən edildiyini və miflərin aradan qaldırılacağını açıqlayıb.

Onlar torpaqlarımızdakı ermənilərin çar Rusiyası tərəfindən Türkmənçay (1828) və Adrianopol müqavilələri (1829) çərçivəsində İran və Şərqi Anadoludan köçürülmüş yeni bir xalq olduqlarını açıq şəkildə nümayiş etdirirlər.

Bu həqiqəti açıqlayan İlham Əliyev Ermənistanın hazırkı paytaxtının azərbaycanlıların qurduğu qədim İrəvan şəhərinin 1918-ci ildə Ermənistana bağışlanaraq, onların Azərbaycanın digər ərazilərinə iddialarından əl çəkilməsi faktını da qeyd edib:

“Guya ki, bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdi. Amma əl çəkdimi? Yox! Bizim qədim diyarımız Zəngəzur da Ermənistana verildi. Zəngəzurun verilməsi ilə böyük türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi. Bizim Türkiyə ilə sərhədimiz yalnız Naxçıvan Muxtar Respublikasındadır. İrəvan onlara veriləndən sonra ermənilər öz iddialarından əl çəkdilərmi?”

Bu torpaqlardakı qədim Azərbaycan abidələrini, məscidləri, türbələri, qəbiristanlıqları dağıdan ermənilər eyni zamanda onların mənşəyini də dəyişdirməyə çalışırlar. Tarixi faktlara görə, təkcə İrəvan xanlığında 300-dən çox məscid var idi ki, 1918-ci ildən sonra vəhşicəsinə dağıdılıb. Şuşada 160-dək mədəniyyət, tarixi, dini abidə təhqir edilib və viran qoyulub.

Ermənistanın bütün ikiüzlülüyünün mahiyyətini Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhərağanın göstərişi ilə XIX əsrdə inşa edilən Yuxarı Gövhərağa Cümə məscidinin Şuşada "bərpa edilməsi” əyani şəkildə göstərir. Əslində isə, dini dəyərlərə guya hörmətlərini nümayiş etdirmək cəhdinin arxasında bu məscidi “fars” kimi təqdim etmək və bununla da Şuşanın qədim Azərbaycan şəhəri olmasına kölgə salmaq istəyi dayanır.

Bunun fonunda, Azərbaycanın dövlət başçısı başqa bir tarixi həqiqətə – ermənilərin torpaqlarımıza köçürülməsinin yalnız XIX əsrin əvvəllərindən başlandığını faktına da diqqət yetirməsidir.

“1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. 1978-ci ildən 150 ili çıxın, deməli 1828-ci ildə gəliblər. Müharibə başlayan kimi o abidəni dağıdıblar, amma onun qalıqları qalıb və indi istənilən adam gedib baxa bilər”.

Beləliklə, İlham Əliyev birmənalı şəkildə bildirir ki, həm İrəvanın, həm də Ermənistanın yaradıldığı bütün digər tarixi torpaqlarımızın Azərbaycandır. Və nöqtə.

“Cənab Prezident dəfələrlə Ermənistanın hazırkı ərazisində, yəni tarixi Qərbi Azərbaycanda yer adları problemini qaldırıb” – bunu Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov bildirib.

“Xatırlayırıq ki, mart ayında Tovuzda və digər ərazilərdə keçirilən tədbirlərdə dövlət başçısı indiki Ermənistan ərazisindəki toponimlərin xəritələrdə səhv istifadə edildiyinə diqqət çəkdi”.

Ekspert Prezidentin bu məsələni daim qaldırması və buna diqqət yetirməsinin vacibliyini vurğulayıb:

“Bununla da, o, həqiqətən də Azərbaycanın elmi və ictimai dairələrini bütün bu məsələlərə cavab verəcək vahid konsepsiya hazırlamağa çağırır”.

O, davam edir ki, çünki konsepsiya işlənməsə, kitablar yazılmasa və düzgün toponimi ifadə edən həmin tarixi dövrlərin xəritələri hazırlanmasa, təbii olaraq inzibati strukturlar, universitetlər və dövlət qurumları xəritələr, müvafiq muzey eksponatları ilə bağlı daim səhv və anlaşılmazlara yol verəcəklər.

“Bunun üçün nə etmək lazımdır? Diqqət etsək görərik ki, həm Ermənistanda, həm də Gürcüstan və İranda regionumuza dair tarixi konsepsiyalar və görüşlər var. Həmçinin xəritələr də. Bu xəritələrdəki toponimiya çox vaxt Azərbaycanda öyrədiləndən ciddi şəkildə fərqlənir”– deyə Rizvan Hüseynov vurğulayır.

Onun sözlərinə görə, hər bir ölkənin fərqli dövrlərin tarixi xəritələrində əks olunduğu öz konsepsiyası, ideoloji doktrinası var:

“Tarixin müxtəlif dövrlərində, o cümlədən indiki Ermənistan ərazisində də toponimiya mövzusunu araşdırmalıyıq. Yəni, bu ərazidə mövcud olan və mənbələrdən tapıla bilən bütün toponimlər dəqiqləşdirilməli və xəritələrə qoyulmalıdır”.

Onun sözlərinə görə, bu, təkcə XVIII-XIX əsrlərə, müasir dövrə deyil, eyni zamanda orta əsrlərə, qədim dövrlərə, antik dövrə də aiddir:

“Bütün boşluqları doldurmaq vacibdir, çünki qonşularımız bu məqamları dəqiqliklə doldurublar. Antik dövrdən bu günə qədər göstərdikləri, hər zaman həqiqət olmadığını halda da – toponimlər,  onlarda hazırlanıb, bütün bunlar öyrədilir. Və hər bir erməni, gürcü, iranlı harada və hansı materialları götürərək istinad etməyi əla bilir”.

Rizvan Hüseynov bildirir ki, elmi ictimaiyyətimizdə də eyni yanaşma olmalıdır:

“Tarixçilərimiz, xəritəşünaslarımız, dilçilərimiz və bu mövzu ilə əlaqəli müxtəlif profilli mütəxəssislərimiz birlikdə vahid konsepsiya hazırlayacaq fənlərarası elmi qrup yaratmalıdırlar ki, bunun əsasında toponimləri göstərən xəritələr tərtib etmək mümkün olsun. Çünki bu məsələ həll olunmayana qədər oxşar problemlər və uyğunsuzluqlar daim yaranacaq”.

“Bir sözlə, elmi elitamız dövlət, inzibati orqanlar, ictimai təşkilatlar, universitetlər, məktəblər tərəfindən istifadə ediləcək güclü konsepsiya hazırlamalıdır. Bunsuz bütün bu institutlar davamlı olaraq belə səhvlər, çatışmazlıqlar edəcəklər. Məhz cənab Prezident bu məsələnin həll olunmasının vacibliyini göstərərək buna diqqət çəkmək istəyir”, – ekspert fikirlərini sona çatdırdı.

Tərcümə: S.Xankişiyeva

 

 

 

Paylaş:
2709

Son xəbərlər

Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTOBu gün, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18
Bütün xəbərlər