Məzahir Əfəndiyev: Azərbaycan cəmiyyətində toxunulmaz şəxs yoxdur | 1news.az | Xəbərlər
Cəmiyyət

Məzahir Əfəndiyev: Azərbaycan cəmiyyətində toxunulmaz şəxs yoxdur

19:47 - 22 / 08 / 2020
Məzahir Əfəndiyev: Azərbaycan cəmiyyətində toxunulmaz şəxs yoxdur

Koronavirus pandemiyası ilə əlaqədar kütləvi tədbirlərin, o cümlədən toyların qadağan edildiyi bir vaxtda sosial şəbəkələrdə yayılan toy görüntüləri ictimai rəydə kəskin etiraz doğurmuşdur.

Bu da təbiidir, çünki indiyə kimi bu cür tədbirlər keçirən sadə vətəndaşlarımız barədə inzibati tədbirlər görülüb və onlarin cəzalandırılması ictimaiyyətin gözu qarşısında baş verib.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisinin deputatı Məzahir Əfəndiyev bildirib.

Millət vəkilinin sözlərinə görə, dövlətin insanları karantin rejiminin tələblərinə riayət etməyə çağırdığı, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gərginləşdiyi bir vaxtda cəmiyyətdə tanınan insanların bu hərəkətlərinə heç bir halda haqq qazandırmaq olmaz:

“Bu cür vəzifə daşıyıcıları sadə insanlara nümunə olmaq əvəzinə özləri qanunları kobud şəkildə pozur və buna bəzi hallarda hətta haqq qazandırmağa çalışırlar. Toy sahiblərinin, eyni zamanda iştirak edənlərin qanunlari pozaraq Prezidentin çağırışlarına məhəl qoymamaları, həmçinin “Biz birlikdə güclüyük “ şüarına saymazyana yanaşmaları ictimai rəydə hökumətin bu istiqamətdə hansısa sərt tədbirlər görəcəyinə şübhələri  artırırdı. Lakin baş verən hadisələr bunun əksini göstərdi”.

Deputat bildirib ki, Azərbaycan ictimaiyyətinin haqlı tələbinə uyğun xalq qarşısında məsuliyyət daşıyan bu vəzifə sahiblərinin hakimiyyət tərəfindən cəzalandırılması ictimai təpki ilə yanaşı, dövlətin iradəsinin, gücünün bir daha ortada  olduğunu əyani sübut etdi.  

“Aydın oldu ki,  artıq Azərbaycan cəmiyyətində toxunulmaz şəxs yoxdur, qanunu pozanlar kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verəcəklər.

Bu gün Azərbaycan üçün çətin, həssas bir zamanda hamımız birmənalı şəkildə Prezidentin yanında olmalıyıq və qanunu pozanlar bilməlidir ki, güclü dövlətimiz onlara layiq olduqları yerin bundan sonra da çox böyük həvəslə göstərilməsində yardımçı olacaq”.

Qeyd edək ki, Abşeron Rayon Məhkəməsinin bu gün, 22 avqust tarixli qərarı ilə karantin qaydalarını pozaraq qızına toy təşkil edən – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin kürəkəni - sabiq millət vəkili İlham Əliyev həbs edildi. Hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən iclasda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 15 sutka həbs edildi. Bundan əlavə, toyun digər təşkilatçısı, keçmiş deputat İlham Əliyevin qudası Rövşən Mustafayev də 15 sutka inzibati qaydada həbs edildi.

Mövzu ilə əlaqədar oxuyun:

Prezident İlham Əliyev Ramiz Mehdiyevə “dərs verdi” – VİDEO

Ramil Həsən: Azərbaycan dövləti sübut etdi ki, vəzifəsindən və kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir

Adil Əliyev: Bəzi səlahiyyətli şəxslər karantin qaydalarını bilərəkdən pozur

Ramiz Mehdiyevin kürəkəni 15 sutka həbs edildi – FOTO – VİDEO

Karantində toyda iştirak etdiyi üçün Siyavuş Novruzova töhmət verilib

Sabiq deputatın toy edən qudası 15 sutka həbs edildi

Karantində özünə ad günü edən müğənni cərimələndi

S.Xankişiyeva

Paylaş:
3144

Son xəbərlər

Bütün xəbərlər