Prezident İlham Əliyev Ərdoğana zəng etdi | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Ərdoğana zəng etdi

11:12 - 31 / 07 / 2020
Prezident İlham Əliyev Ərdoğana zəng etdi

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı müqəddəs Qurban bayramı münasibətilə Rəcəb Tayyib Ərdoğanı və qardaş Türkiyə xalqını təbrik edib, Türkiyə Prezidentinə möhkəm cansağlığı və Türkiyə xalqına firavanlıq arzularını çatdırıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində dövlətimizin başçısına və xalqımıza bayram münasibətilə ən xoş arzularını çatdırıb.

Söhbət zamanı Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin gündən-günə inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib. Dövlət başçıları bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin uğurla keçirildiyini vurğulayıb, bunu Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü kimi dəyərləndiriblər.

Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş hadisələrlə əlaqədar Türkiyə Prezidentinin göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib.

Dövlət başçıları əməkdaşlığımızın müxtəlif sahələrdə uğurlu inkişafının perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

1news.az

Paylaş:
801

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdi16 / 04 / 2024, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıb16 / 04 / 2024, 17:46Azərbaycan elektromobil idxalını artırıb16 / 04 / 2024, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb16 / 04 / 2024, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıb16 / 04 / 2024, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb16 / 04 / 2024, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTO16 / 04 / 2024, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir16 / 04 / 2024, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEO16 / 04 / 2024, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıb16 / 04 / 2024, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI16 / 04 / 2024, 16:10Bakcell böyük yeniliklərə hazırlaşır16 / 04 / 2024, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək16 / 04 / 2024, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTO16 / 04 / 2024, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO16 / 04 / 2024, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildi16 / 04 / 2024, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib16 / 04 / 2024, 15:22Bakıda mənzildə meyit aşkarlandı16 / 04 / 2024, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edib16 / 04 / 2024, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib16 / 04 / 2024, 14:06
Bütün xəbərlər