Masallının 5 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Masallının 5 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM

17:52 - 11 / 09 / 2025
Masallının 5 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev “Masallı rayonunun Xıl–Sirəbil–Allahyarlı–Molalan–Çayqıraq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

1news.az xəbər verir ki, 8 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Xıl–Sirəbil–Allahyarlı–Molalan–Çayqıraq avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Paylaş:
432

Son xəbərlər

Bakıda obyektdə yanğın olub

24 / 10 / 2025, 17:09
Bütün xəbərlər