Qırğızıstanın beş televiziya kanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qırğızıstanın beş televiziya kanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb

17:09 - 06 / 12 / 2017
Qırğızıstanın beş televiziya kanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb

Qırğızıstanın beş televiziya kanalı – “New TV ( HD )”, “ON1 TV”, “Kanal 7 TV”, “TNT Aziya TV” və “RTV” “Azerspace-1” peyki üzərindən yayıma başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, ASC ilə kanallar arasında imzalanan müqaviləyə əsasən, sözügedən kanallar vasitəsilə qırğız və rus dillərində ictimai, siyasi, iqtisadi, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş etdirilir. Televiziya kanalları 11015/H/13000 tezliyi ilə yayımlanır.

Həmçinin Türkiyənin iki televiziya ̶ “ARAS TV” və “Kanal C” kanalları “Azerspace-1” peyki üzərindən 11027/H/7500 və Gürcüstanın “IBERIA TV” kanalı 11095/H/30000 tezlikləri ilə yayıma başlayıb.

Qeyd edək ki, noyabr ayında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilmiş ölkənin yeni seçilmiş prezidentinin andiçmə mərasimi “Azerspace-1” peykinin resurslarından istifadə olunmaqla Qırğızıstan Dövlət Televiziyası – KTRK TV vasitəsilə canlı yayımlanıb.

S.Xankişiyeva

Paylaş:
928

Son xəbərlər

Bütün xəbərlər