1news.az

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibindən İlham Əliyevə MƏKTUB

21 Fevral saat 17:03 ~ 1 dəqiqəlik oxu 223
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibindən İlham Əliyevə MƏKTUB

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Bu il fevralın 9-da Azərbaycan Respublikası parlamentinə növbədənkənar seçkilərin müvəffəqiyyətlə keçirilməsi ilə əlaqədar səmimi təbriklərimi qəbul edin.

Səmərəli dövlət idarəçiliyi, iqtisadiyyatın davamlı modernləşdirilməsi, vətəndaşların rifah səviyyəsinin yüksəldilməsi, dövlətin ardıcıl xarici siyasəti növbədənkənar parlament seçkilərində Sizin başçılıq etdiyiniz Yeni Azərbaycan Partiyasının qələbəsini şərtləndirən amillər olub.

Əminəm ki, seçkilərdə əldə olunmuş nəticələr Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün müəyyənləşdirilmiş kursa, habelə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində çoxşaxəli əməkdaşlığın daha da möhkəmlənməsinə və inkişafına töhfə verəcək.

ŞƏT-in müşahidəçilər missiyası seçki prosesinin monitorinqinin aparıldığı dövrdə ona yaradılmış şəffaf və demokratik mühitə, hərtərəfli dəstəyə görə dərin təşəkkürünü bildirir.

Bu xoş fürsətdən istifadə edərək, Sizə və yaxınlarınıza yeni-yeni nailiyyətlər, yenilməz güc, ruh yüksəkliyi, firavanlıq, rifah və möhkəm cansağlığı, Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm”.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Rəsmi BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net