Çinlə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Çinlə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

19:58 - 14 / 07 / 2025
Çinlə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat Nazirliyində Çinin ölkəmizdəki səfiri Lu Mey ilə keçirilən görüşdə iqtisadi əməkdaşlığın şaxələndirilməsi istiqamətində müzakirələr aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey ilə görüş keçirib.

Görüşdə qarşılıqlı səfərlərin, işgüzar tədbirlərin, imzalanan mühüm sənədlərin Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafına töhfə verdiyi vurğulanıb. Dövlət başçısının Çinə səfəri çərçivəsində imzalanan hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının inkişafındakı önəmli rolundan bəhs olunub. Nəqliyyat-tranzit, sənaye, istehsalın lokallaşdırılması, tikinti, ticarət, xidmət sahələrində tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanların mövcudluğu diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti haqqında məlumat verilib, sərmayələrin təşviqi, ticarət dövriyyəsinin artırılması kimi məsələlər nəzərdən keçirilib. Tərəflər ticarət, sənaye, investisiya, enerji, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahəsində birgə fəaliyyətin perspektivlərini vurğulayıblar.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər