Şəxsi avtomobillərlə taksi xidməti dayandırılır - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəxsi avtomobillərlə taksi xidməti dayandırılır - RƏSMİ

13:00 - 03 / 04 / 2020
Şəxsi avtomobillərlə taksi xidməti dayandırılır - RƏSMİ

Aprelin 5-dən etibarən ölkə ərazisində xüsusi karantin tədbirlərinin gücləndirilməsi ilə əlaqədar şəxsi avtomobilləri ilə taksi xidməti göstərən şəxslərin fəaliyyəti dayandırılacaq.

1news.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, karantin müddəti başa çatana qədər həmin şəxslər xidmət göstərə bilməyəcəklər:

"Bu müddət ərzində yalnız taksi şirkətləri məhdud sayla fəaliyyət göstərə biləcəklər. Əgər həmin şirkətlər işləyəcək taksi sürücüləri haqqında məlumatları icaze.gov.az saytına yerləşdirəcəklərsə və həmin məlumat əsasında onların fəaliyyətinə icazə veriləcəksə, yalnız bu halda onlar işləyə biləcək. İcazə verilməyən taksi sürücüləri isə fəaliyyət göstərə bilməyəcəklər. Qaydalara görə, taksilər də məhdud sayda olacaq. Bir neçə taksinin bir yerə yığışıb gözləməsinə icazə verilməyəcək. Aprelin 5-dən etibarən hardasa dayanıb gözləyən, icazəsiz fəaliyyət göstərən taksilər aşkarlanarsa, dərhal məsuliyyətə cəlb olunacaqlar".

K.Əliyev marşrut avtobuslarının sürücülərinin icazəsi barədə bildirib ki, həmin məsələni Bakı şəhəri ərazisində Bakı Nəqliyyat Agentliyi, Sumqayıt, Abşeron və digər ərazilərdə isə həmin sahəyə cavabdeh qurumlar həll edəcək.

1news.az

Paylaş:
1193

Son xəbərlər

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim keçirib - FOTOBu gün, 11:24“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32
Bütün xəbərlər