TASS agentliyi Xankəndi bağlı xəbərdə növbəti dəfə düzəliş edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

TASS agentliyi Xankəndi bağlı xəbərdə növbəti dəfə düzəliş edib - FOTO

14:31 - 01 / 08 / 2025
TASS agentliyi Xankəndi bağlı xəbərdə növbəti dəfə düzəliş edib - FOTO

Rusiyanın TASS agentliyi iyulun 31-də Xankəndi ilə bağlı dərc etdiyi xəbərdə növbəti dəfə düzəliş edib.

1news.az APA xəbər verir ki, yeni sərlövhədə "Dağlıq Qarabağ" ifadəsi dəyişdirilərək “Qarabağ” ilə əvəzlənib.

Xəbərin içində şəhərin coğrafi “Xankəndi” adı saxlanılsa da 2023-cü il antiterror əməliyyatlarından əvvəlki dövrlə bağlı hissədə “Stepanakert” kimi verilib.

Qeyd edək ki, ötən gün Rusiya Federasiyasının TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yaymışdı.

Məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib, Azərbaycan Dövlət İnformasiya Agentliyi bəyanat yayıb.

Paylaş:
106

Son xəbərlər

Bütün xəbərlər