1news.az

Türkiyə mətbuatında Azərbaycanla bağlı maraqlı test - FOTO

6 Fevral saat 15:34 ~ 1 dəqiqəlik oxu 396
Türkiyə mətbuatında Azərbaycanla bağlı maraqlı test - FOTO

Türkiyənin ən çox oxunan xəbər portallarından biri olan "haberler.com"da Azərbaycanla bağlı test yerləşdirilib.

1news.az milli.az-a istinadən xəbər verir ki, testdə Azərbaycanın paytaxtı, prezidentləri, yerləşdiyi ərazi ilə bağlı bir neçə sual var. “Qardaş ölkə Azərbaycanı nə qədər tanıyırsan?” başlığı ilə yayımlanan test 8 sualdan ibarətdir.

Sualların çoxuna səhv cavab verdikdə monitorda “Azərbaycanla Türkiyənin bir millət, iki dövlət olduğu deyilir. Amma sənin Azərbaycandan xəbərin yoxdur. Bizi məyus etdin. Qardaş olduğumuz ölkə haqqında bu qədər məlumatsız olmaq olmaz. Ayıb olsun” sözləri peyda olur.

Qeyd edək ki, sözügedən saytda hər gün müxtəlif sahə ilə bağlı testlər yerləşdirilir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Türkiyə BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net