Dmitri Peskov “LifeNews” əməkdaşlarının Azərbaycandan çıxarılması məsələsinə münasibət bildirib | 1news.az | Xəbərlər
Siyasət

Dmitri Peskov “LifeNews” əməkdaşlarının Azərbaycandan çıxarılması məsələsinə münasibət bildirib

15:04 - 05 / 04 / 2016
Dmitri Peskov “LifeNews” əməkdaşlarının Azərbaycandan çıxarılması məsələsinə münasibət bildirib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “LifeNews” telekanalı əməkdaşlarının Azərbaycandan çıxarılması məsələsinə münasibət bildirib.

1news.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, Peskov bildirib ki, sözsüz, redaksiya siyasəti hər hansı bir hərəkətin səbəbi ola bilməz və olmamalıdır. Həmçinin o, jurnalistlərin qanunvericiliyin normalarına riayət etmələrinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın “LifeNews” telekanalının jurnalistləri Azərbaycandan çıxarılıb. Onlar akkreditasiyadan keçmədən ölkəyə gəlib və Azərbaycan XİN-in iddiasına görə, dünya ictimaiyyətinə Dağlıq Qarabağdakı vəziyyətlə bağlı yalan məlumat çatdırıb.

Xatırladaq ki, Rusiyanın “Life News” telekanalı Tərtərdən reportaj hazırlayarkən təxribata yol veriblər, həqiqətə uyğun olmayan material təqdim ediblər. 

Müxbir bəyan edib ki, sakinlər təlaş içindədir və kütləvi surətsdə öz evlərini tərk edirlər.

Tərtərin girişində 15 maşın saxlanan avtodayanacaqda dayanan müxbir bildirir ki, rayondan sakinlər bütün ailə ilə buraya gəlir, öz maşınlarında yatır və evlərinə qayıtmağa qorxurlar. Guya ki, çoxları başqa şəhərlərə gedirlər.

Lakin kadrlardan göründüyü kimi, demək olar ki, maşınların çoxu boşdur.

Xatırladaq ki, aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini güclü artilleriyalardan atəşə məruz qoyub.

Azərbaycan Ordusunun qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

1news.az

 

 

Paylaş:
1084

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər