Amal Kluni Xədicə İsmayılı müdafiə etmək istəyini bir daha təsdiq etdi | 1news.az | Xəbərlər
Siyasət

Amal Kluni Xədicə İsmayılı müdafiə etmək istəyini bir daha təsdiq etdi

14:02 - 26 / 04 / 2016
Amal Kluni Xədicə İsmayılı müdafiə etmək istəyini bir daha təsdiq etdi

Britaniyalı vəkil Amal Kluni BBC-yə müsahibəsində 7.5 il azadlıqdan məhrum edilən azərbaycanlı jurnalist Xədicə İsmayılı müdafiə etmək niyyətində olduğunu təsdiq edib.

A.Kluninin sözlərinə görə, o, Avropa İnsan Haqları Məhkəməsində məsələnin həllinə çalışacaq.

“Problemin həllinin diplomatik imkanları da var, bunların sırasında Azərbaycananın rəsmi şəxslərinə qarşı sanksiyaların tətbiqi ilə bağlı amerika konqresinə daxil olan  qanun layihəsi daxildir”, - o, qeyd edib.

Xədicə İsmayılın işi ilə bağlı Vaşinqtonda danışıqlar aparan A.Kluninin əri hollivud aktyoru Corc Kluni “erməni soyqırımını” qeyd etmək üçün Ermənistanda keçirilən tədbirdə iştirak edib.

“O, Ağ Evdə senator Makkeynlə görəşəcək və “Azadlıq” radiosunun müxbiri,Bakıda həbs olunan Xədicə İsmayılovanı təmsil edəcək. Məhz buna görə o, ABŞ-da qalıb”- deyə, Kluni  Armenia telekanalına müsahibəsində deyib.

“Doğrusunu desək, o çox təəssüf edir ki, gələ bilməyib, cünki daha əvvəl biz birlikdə gələcəyimizi planlaşdırmışdıq”,- aktyor əlavə edib.

Corc Kluni qondarma “soyqırım abidəsini ziyarəti zamanı həm də İrəvanda keçirilən “Soyqırım cinayətinə qarşı” II Qlobal Forumda iştirak edib. O, həmçinin, Dilicanda yerləşən beynəlxalq kollec-pansion “UWC Dilijan College”ni ziyarət edərək müəllimlər və şagirdlərlə görüşüb. Bundan əlavə Kluni “The Amal Clooney Scholarship” stipendiyasını alan ilk Livanlı qız Pamela Tebçrani ilə görüşüb.

Daha əvvəl A.Kluni bildirmişdi ki, əri Corc Kluni tərəfindən maliyyələşdirilən Ermənistanda mədəniyyətlərarası qarşılıqlı anlaşma vı insan haqlarının müdafiəsi ilə bağlı proqramda iştirak etdiyini bildirib.

Xatırladaq ki, Amal Kluni Ermənsitanın maraqlarını Evropa məhkəməsində  “Doqu Perinçek  İsveçrəyə qarşı işində də iştirak edib.

“İsveçrə -Ermənistan assosiasiyası türk jurnalist Perinçeki erməni soyqırımını qəbul etmədiyinə görə günahkar olduğunu  sübut etməyə çalışırdı.

Amal Kluni 3-cü tərəf (Ermənistanın) Ermənistanın təmsilçisi kimi bu hadisəyə qarşı çıxanları ikiüzlülükdə iddiham edib.

“Ermənilərin bir il bundan əvvəl məruz qaldığı soyqırımın real olduğuna şübhə etmək olmaz,-Kluni deyib,- Ermənistan məhkəmədə öz sözünü deməlidir. Dərəcələr hələ heç vaxt bu qədər yüksək olmamışdı”.

Vəkil onu da deyib ki, Prinçekin “söz azadlığı” terminindən istifadə etməsi fanatizmdir. Kluninin sözlərinə görə Türkiyənin özündə bu demokratik prinsip fəaliyyət göstərmir.

Həmin məhkəmə işi müəyyən fasiələlərlə 10 il davam etdi. 2005-ci ildə Türk fəhlə partiyasının lideri Doğu Perinçek İsveçrədə bir neçə konfransda iştirak edib və  Osmanlı imperiyası zamanı “erməni spoqırımının” baş verməsi fikrini “beynəlxalq yalan” adlandırıb.

Bundan sonra “İsveçrə- Ermənistan” assosiasiyası türkiyəli siyasətçiyə qarşı məhkəmə iddiası qaldırdı. 2007-ci ildə Lozanna məhkəməsi Perinçeki irqi ayrıseçkiliyə görə günahkar bildi. Lakin o, qərarla bağlı Avropa məhkəməsinə şikayət verərək İsveçi insanın  söz azadlığı hüququnu məhdudlaşdırmaqda günahlandı.

2013-cü ildə Avropa Məhkəməsi şikayəti qəbul etdi. İsveçrə bu qərarla bağlı 2014-cü idə məhkəməyə müraciət edib.

Nəticədə son məhkəmə iclasında D Periçekin xeyrinə qərar qəbul olundu. Dünya erməniləri isə növbəti dəfə məğlubiyyətin dadını öyrəndi.

Amal Kluni ( qızlıq soyadı Alamuddin) Oksford Universitetini və Nyu-Yorkda  Hüquq məktəbini bitirib. 2011-ci ildə o,  WikiLeaks-ın təsisçisi Culian Assanjın vəkili olub. Daha əvvəl Kluni həmçinin BMT baş katibinin xüsusi nümayəndəsinin Suriya məsələsi üzrə məsləhətçisi olub.

52 yaşlı Corc Kluni və 36 yaşlı Amal Alamuddin 27 sentyabr 2014-cü il tarixində evləniblər.

1news.az

Paylaş:
1233

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər