Dövlət Təhlükəsizliyi Xidməti İŞİD-ə qoşulmuş azərbaycanlıları saxlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Təhlükəsizliyi Xidməti İŞİD-ə qoşulmuş azərbaycanlıları saxlayıb

17:50 - 12 / 02 / 2016
Dövlət Təhlükəsizliyi Xidməti İŞİD-ə qoşulmuş azərbaycanlıları saxlayıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarının dini radikal silahlı birləşmələrə və ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edilmələrinə qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.

Bu barədə 1news.az-a xidmətin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, həyata keçirilmiş son istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə, onları döyüş sursatı və əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda hərbi təlimlər keçmə, silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Adiyev Orxan Mehdi oğlu, Muxtarov İbad Abbasəli oğlu, Abdullayev Məhəbbət Şərif oğlu, Bədəlov Rasim Asəf oğlu, Əzizov İlahi Rəşaiq oğlu, Məmmədov Zöhrab Mümbariz oğlu, Abdullazadə Zərbəli İsgəndər oğlu və Marfin Vladimir Yevqenyeviç saxlanılmışlar.

Müəyyən edilib ki, Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev, Rasim Bədəlov, İlahi Əzizov, Zöhrab Məmmədov, Zərbəli Abdullazadə və Vladimir Marfin 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya və İraq ərazisinə keçiblər. Onlar həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən “İslam dövləti (İŞİD)” və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələniblər. Təlimlər başa çatdıqdan sonra onlar Suriya və İraq ərazisində sabit terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak ediblər.

Zöhrab Məmmədov Suriya ərazisindəki “Mühacir Ansar”, İbad Muxtarov isə İraqdakı “Muvahidd camaatı” qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda fəal iştirak edib və bu zaman yaralanaraq müxtəlif bədən xəsarətləri alıblar.

Həmçinin müəyyən edilib ki, keçmiş SSRİ silahlı qüvvələrinin xüsusi təyinatlı dəstələrində xidmət etmiş, hərbi sahədə xüsusi biliklərə malik olan Vladimir Marfin qeyri-qanuni yollarla Suriya ərazisinə keçirilərək “Azəri camaatı” qanunsuz silahlı birləşməsinə cəlb edilən Azərbaycan Respublikasının vətəndaşlarına odlu silahlardan istifadə və döyüş taktikası üzrə təlimlər keçmiş, onları müxtəlif şərtlər altında döyüşə hazırlamış, Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələri ərzaq və hərbi əməliyyatlar üçün zəruri olan digər ləvazimatlarla təchiz edib.

Adiyev Orxan Mehdi oğlu, Muxtarov İbad Abbasəli oğlu, Abdullayev Məhəbbət Şərif oğlu, Bədəlov Rasim Asəf oğlu, Əzizov İlahi Rəşaiq oğlu, Məmmədov Zöhrab Mümbariz oğlu, Abdullazadə Zərbəli İsgəndər oğlu və Marfin Vladimir Yevqenyeviç şübhəli bilindikləri cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti bir daha Azərbaycan Respublikasının vətəndaşlarını hər hansı formada qanunsuz silahlı birləşmələrə cəlb edən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb ediləcəkləri barədə xəbərdarlıq edir və onların radikal dini ideoloji təsiri altına düşmüş Azərbaycan Respublikasının vətəndaşlarını belə qanunsuz silahlı birləşmələrə qoşulmamağa çağırır.

1news.az

Paylaş:
3495

Son xəbərlər

QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə20 / 05 / 2024, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb20 / 05 / 2024, 17:25Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb20 / 05 / 2024, 17:04Qarabağ Universitetinin rektoru təyin edilən Şahin Bayramov kimdir? - DOSYE20 / 05 / 2024, 17:01Qarabağ Universitetinə rektor təyin edilib20 / 05 / 2024, 16:56Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib20 / 05 / 2024, 16:51Lisey və gimnaziyalara qeydiyyat başlayıb20 / 05 / 2024, 16:37Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edib20 / 05 / 2024, 16:20Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar20 / 05 / 2024, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEO20 / 05 / 2024, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıb20 / 05 / 2024, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB20 / 05 / 2024, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilib20 / 05 / 2024, 14:55Xankəndiyə prokuror təyin edilib20 / 05 / 2024, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTO20 / 05 / 2024, 14:51
Bütün xəbərlər