Mərkəzi Bank daha bir bankın lisenziyasını ləğv edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank daha bir bankın lisenziyasını ləğv edib

11:28 - 02 / 02 / 2016
Mərkəzi Bank daha bir bankın lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 1fevral 2016-cı il tarixli qərarı ilə “Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib.

Bu haqda 1news.az AMB-nin rəsmi səhifəsində yerləşdirilmiş məlumata əsasən xəbər verir.

Məlumatda qeyd olunur ki, AMB-nin 10/1nömrəli qərarı ilə məcmu kapitalının minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilir.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 2 fevral 2016-cı il tarixindən etibarən banka müvəqqəti inzibatçı təyin edilib”, - məlumatda qeyd olunur.

Bundan əlavə, Azərbaycan Mərkəzi Bankı bildirir ki, “Texnikabank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

1news.az

Paylaş:
1168

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər