Horadiz-Ağbənd dəmiryol xəttində görülən işlər açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Horadiz-Ağbənd dəmiryol xəttində görülən işlər açıqlanıb

Qafar Ağayev13:32 - 18 / 04 / 2025
Horadiz-Ağbənd dəmiryol xəttində görülən işlər açıqlanıb

Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirmə işlərinin 83%-i, tikinti-quraşdırma işlərinin isə 63%-i tamamlanıb.

1news.az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, uzunluğu 110,4 km olan dəmiryol xəttinin ox üzrə 75,6 km hissəsi (yan yollarla birlikdə 87 km) tamamlanıb, uzun ölçülü relslərin 65,6 km-i quraşdırılıb.

Layihə çərçivəsində ümumilikdə 534 ədəd mühəndis qurğusunun, 8 ədəd stansiyanın tikintisi və 70 ədəd yoldəyişən qurğunun quraşdırılması planlaşdırılır.

Horadiz-Ağbənd dəmiryol xətti Zəngəzur dəhlizinin əsas nəqliyyat arteriyalarından biri kimi Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə birləşdirməklə yanaşı, Orta Dəhlizin yeni seqmenti olaraq Şərq-Qərb-Şərq üzrə yükdaşımalar üçün imkanları genişləndirəcək.

Paylaş:
125

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər