Erməni jurnalistlərin Bakı səfəri ilə bağlı sözardı: Şəxsən siz sülh istəyirsiniz? | 1news.az | Xəbərlər
Köşə

Erməni jurnalistlərin Bakı səfəri ilə bağlı sözardı: Şəxsən siz sülh istəyirsiniz?

14:11 - 28 / 11 / 2019
Erməni jurnalistlərin Bakı səfəri ilə bağlı sözardı: Şəxsən siz sülh istəyirsiniz?

Müəllif: Kəmalə Məmmədova

1news.az-ın məsul redaktoru

Bir jurnalist Vətən üçün nə edə bilər? Bəs üç jurnalist? Təsəvvür etmək çətindir... Bəs bir necə nüfuzlu informasiya agentliyini nəzərə alsaq? Əslində çox az deyil ...

Məlum olduğu kimi, 17-21 noyabr tarixlərində Azərbaycan və Ermənistan KİV nümayəndələrinin qarşılıqlı səfərləri baş tutdu. Səfərlər ATƏT-in fəaliyyətdə olan şəxsi ofisinin dəstəyilə təşkil olunmuşdu.

Azərbaycan tərəfindən Ermənistana və Azərbaycanın Dağlıq Qarabağ regionuna 1news.az informasiya agentliyinin müxbiri Elşən Rüstəmov, Trend informasiya agentliyinin baş redaktoru Elçin Vəliyev və “Вестник Кавказа в Азербайджане”nin jurnalisti Orxan Yolçuyev getmişdilər.

Öz növbəsində də, erməni jurnalistlər Bakı, Quba və Gəncəyə səfər etdilər.

Hər iki dövlətin KİV nümayəndələri səfər çərçivəsində bir sıra görüşlər keçirdi. Artıq onlar səfərlə bağlı qeydlərini, təəssüratlarını bölüşüblər. Bu da hər iki ölkə ictimaiyyətinin böyük marağına səbəb olub.

Bu görüşlər çərçivəsində erməni jurnalistlər azərbaycanlı həmkarlarımızla görüşüblər. Bu görüşdə iştirak edənlərdən biri də mən olduğum üçün öz təəssüratlarımı sizinlə bölüşmək istərdim.

Qeyd edim ki, səslənən bütün fikirlər subyektiv xarakter daşıyır.

Jurnalistlik fəaliyyətim dövrümdə neytral meydanlarda erməni həmkarlarla qarşılaşsam da, lakin Vətənimdə, onlarla qarşı-qarşıya oturub bir-birimizin gözünə baxmaq imkanım olmayıb.

Açığı, müəyyən mənada gərginlik və söhbət boyu öz hislərinə hakim olmaq məcburiyyəti də vardı.

Ermənistandan gələn jurnalistləri isti çay və Bakı paxlavası ilə qonaq edərək sərbəst mühit yaratmağa çalışsaq da, görüş boyu masada gərginlik hökm sürürdü.

Kəsişmə nöqtələri və kəskin fikirayrılığı

Görüş zamanı hər iki tərəf dəyirmi masada nədən və nə üçün əyləşdiklərini aydın dərk edirdi. Anlayırdıq ki, bizim çiyinlərimizdə məsuliyyətli missiya var – qarşılıqlı anlaşma ab-havasını yaratmağa çalışmalıyıq. Və buna həqiqətən də cəhd edirdik.

Zaman-zaman aramızda fikirayrılığı yaranaraq söhbətin istiqaməti siyasətə və tarixə yol alaraq gərgin müzakirələrə aparırdı. Lakin hər dəfə səriştəli moderator sayəsində gərginliyin qarşısı alınaraq dialoq bərpa olunurdu.

Razılaşaq ki, ilk görüşdən məhsuldar nəticələr gözləmək sadəlövlük olardı. Görüşümüzü heç addım belə deyil, sadəcə “salamlama” kimi adlandırmaq olar. Bu çox həssas və ağrılı  mövzu olduğu üçün diqqətli olmalı və tələsmədən, ardıcıl və düşüncəli hərəkət etmək lazımdır.

Opponentlə danışmağa dəyər?

Şübhəsiz. Hərçənd unutmayaq ki, bu, ictimaiyyət tərəfindən çox həssas və ağrılı qəbul edilən məsələdir.

Bu təşşəbbüsə mənfi yanaşanlara sual vermək istərdim: şəxsən siz sülh istəyirsiniz? Miras olaraq bizlərə müharibə qalıb, istərdinizmi övladlarımıza və gələcək nəsillərə də miras olaraq qalsın?

Unutmayaq ki, “çoğrafi” baxımından qonşu olmağa məhkumuq. Ona görə də yaranmış gərgin vəziyyətdən çıxış yolu axtarmağı da düşünməliyik.

Erməni jurnalistlər görüş zamanı sual etdilər ki, cəmiyyətimizi sülhə hazırlayırıq mı? Cavab olaraq bildirdim ki, diqqəti daima bu məsələ üzərində saxlayan, burada əyləşən bir necə nəfər olaraq öz aramızda razılığa gələ bilmiriksə, milyonlarla sıravi vətəndaş haqqında nə demək olar?

Jurnalistlə danışmaq başqadır, Vətən uğrunda yeganə övladını itirən əsgər anası ilə söhbət etmək başqa məsələdir.

İkinci məsələ isə – sülhü kimin və necə dərk etməsidir. Bizim üçün ilk növbədə bu, qanunun aliliyi, beynəlxalq hüquququn norma və prinsipləri çərçivəsində – ölkəmizin ərazi bütövlüyü məsələsidir.

Müvafiq olaraq münaqişənin nizamlanması və sülhün bərqərar olması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Və nöqtə.

Lakin bu, ilk baxışdan asan görünsə də, ümumi dil tapmaq və ortaq fikrə gəlmək xeyli çətindir. Burada yalnız diplomatlar səviyyəsində əlaqələr qurmaqla kifayət etməz...

Bu prosesdə KİV-in tutduğu vacib yeri qiymətləndirməmək də olmaz. KİV – həyati əhəmiyyətli və vacib əlaqə vasitəsidir. Media resurslar münaqişəni həll etməsə də, siyasətçilər və cəmiyyət arasında körpü rolunu oynaya bilər.

Ermənistana və Dağlıq Qarabağa səfər edən jurnalistləri nə qədər qınasalar da, unutmayaq ki, onlar səfərə turist kimi yox, müxbir kimi getmişdilər. Jurnalistlərin müəyyən missiyası var idi – vəzifə borclarını yerinə yetirərək vəziyyəti yerində öyrənmək. Opponentini tanımaq, onunla danışmaq, müzakirələr aparmaq lazımdır.

Jurnalistlər oxuculara obyektiv məlumat ötürmələri üçün ilk növbədə hər şeyi öz gözləri ilə görməlidirlər.

Nə qədər yaxın, bir o qədər uzaq...

Erməni KİV-lərinin nümayəndələri ilə tək bu görüş nəticəsində aydın olur ki, coğrafi baxımdan bir-birimizə nə qədər yaxın olsaq da, vəziyyətə baxışımız və xalqlarımız arasında problemin həlli baxımından düşüncələrimizdə bir o qədər də uzağıq.

Qarşılıqlı səfərlərin yekununu qısaca qiymətləndirsək qeyd etmək olar ki, ümumilikdə onlar adekvat müstəvidə keçdi, etibaredici ab-havanı yaratmaq ücün təşəbbüs də var idi. Əlbəttə ki, məqsəd bu deyil. Lakin bu ab-havanın yaranması vacibdir, çünki onsuz münaqişənin sülh yolu ilə həllinə nail olmaq mümkün deyil.

Düşünürəm ki, bu səfərlər davam etməlidir. Ən azından regionumuzda sülh yolunda atılan hər addım müharibə zamanı yağan güllələrdən daha yaxşıdır.

Azərbaycanlı jurnalistlər, eləcə də 1news.az-ın müxbiri Dağlıq Qarabağda olub – FOTO

“Doğmalar arasında ögəylər”: Nə üçün “Bakı erməniləri” Yerevandan narazıdır?

“Həyatımda heç vaxt azərbaycanlı ilə qarşılaşmamışam...” – Yerevandan reportaj – FOTO

Paylaş:
2977

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər