Millət vəkili: Təqaüdçülərə ictimai nəqliyyat pulsuz olsun, ahıllara dərmanlar pulsuz verilsin | 1news.az | Xəbərlər
Cəmiyyət

Millət vəkili: Təqaüdçülərə ictimai nəqliyyat pulsuz olsun, ahıllara dərmanlar pulsuz verilsin

17:09 - 13 / 11 / 2019
Millət vəkili: Təqaüdçülərə ictimai nəqliyyat pulsuz olsun, ahıllara dərmanlar pulsuz verilsin

“Biz bu gün sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il dövlət büdcəsi haqqında qanun layihəsini müzakirə edirik. Respublikada demək olar ki, ən dinamik işləyən, sosial təminatı və müdafiəni çox uğurla həyata keçirən, inqilabi dəyişikliklərə start verən bir nazirliyin büdcəsinə baxırıq. Bu nazirliyin əməkdaşlarına və rəhbərinə həm biz deputatlar, həm də cənab Prezident çox inanır və onlardan çox şey gözləyirik. Ona görə biz şəxsən Sahil Babayevə, onun çox ağır və məsuliyyətli işində daha böyük uğurlar arzulayır və ona hər zaman dəstək olmağa hazırıq”.

1news.az musavat.com-a istinadən xəbər verir ki, deputat Elmira Axundova bu fikirləri Milli Məclisdə DSMF-nin 2020-ci il büdcəsinin müzakirəsi zamanı söylədi. E.Axundova nazir Sahil Babayevdən xahiş etdi ki, təqaüdçülərə ictimai nəqliyyatın pulsuz olması haqqında düşünsün: “Artıq bir çox ölkələrdə, məsələn, Rusiyada, Avropa dövlətlərində təqaüdçülər bu imtiyazdan istifadə edirlər. Gələn ilin büdcəsində müxtəlif növ kateqoriyalı insanlar üçün bir sıra sosial güzəştlər və imtiyazlar nəzərdə tutulubdur. Lakin yaşlı vətəndaşlarımız üçün demək olar ki, təqaüddən başqa əlavə gəlir yoxdur. Əgər biz gələn il təqaüdçülərə ictimai nəqliyyat növlərini pulsuz etsək, bu, yeni ildə onlar üçün ən yaxşı hədiyyə olardı”.

Deputat ahıl yaşda olan insanlarla bağlı digər təklifini səsləndirdi: “Təklif edirəm ki, 80 yaş və ondan yuxarı, dərmanlar pulsuz verilsin, ya da onların təqaüdlərinə şərti olaraq “dərman pulu” dediyimiz məbləğ əlavə edilsin. Mən yenə də dünya təcrübəsinə əsaslanaraq bunu deyirəm. Məsələn: Almaniyada təqaüdçülər onlara səhhətləri üçün vacib olan bütün dərmanları pulsuz alırlar. Çox arzulayardıq ki, bu xoş və nəcib təcrübə Azərbaycanda da tətbiq olunsun. Çünki bizim inkişaf səviyyəmiz buna imkan verir”.

1news.az

Paylaş:
370

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər