İlqar Vəlizadə: “Rusiya ilə yaranan problemlərə görə Türkiyə və İsrail arasında yaxınlaşma hiss olunur” | 1news.az | Xəbərlər
Siyasət

İlqar Vəlizadə: “Rusiya ilə yaranan problemlərə görə Türkiyə və İsrail arasında yaxınlaşma hiss olunur”

17:51 - 18 / 12 / 2015
İlqar Vəlizadə: “Rusiya ilə yaranan problemlərə görə Türkiyə və İsrail arasında yaxınlaşma hiss olunur”

Rusiya prezidenti Vladimir Putinin Türkiyə siyasi hakimiyyətinin ünvanına söylədiyi ifadələr və Ankara ilə razılaşmanın mümkün olmadığı haqqında bəyanatı Rusiya- Türkiyə münasibətlərinin gələcəyini və rusların Yaxın Şərqlə bağlı strategiyasını sual altında qoyur.

İ. Vəlizadənin sözlərinə görə, söhbət müvəqqəti çətinlikdən getmir, məsələ regionun aparıcı dövlətləri arasında uzunmüddətli böhranın yaranmasındadır.

“Moskva və Ankara arasında münasibətlər son 15 il ərzində artan xətt üzrə inkişaf edib. İkitərəfli münasibətlərin normativ hüquqi bazası  müxtəlif sahələr üzrə yüzlərlə müqavilə və anlaşmaya əsaslanır”- deyə,  politoloq 1news.az-a müsahibəsində bildirib.

O,qeyd edib ki, müqavilərin tam  reallaşdırılması cəmi 10-12 il ərzində ölkələr arasında ticarət mübadiləsini 35 milyard dollara qədər  artıracaqdı. Bu zaman iki ölkə iqtisadiyyatının əməkdaşlığı , Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrin sahibkarlıq subyektləri ilə türk biznes dairələrinin aktiv əlaqələrin qurulmasından   söhbət gedirdi.    

Bunlar yeni geosiyasi gündəmin formalaşmasında öz ifadəsini tapırdı. Bu isə öz növbəsində Balkanlar, Qara dəniz, Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya kimi regionlarda siyasi trendlərin formalaşmasına xidmət edirdi”- deyə politoloq qeyd edib və bu ilin yayında Ankaranın Şanxay Əməkdaşlıq Təşkilatına qatılmaq niyyəti ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatını xatırladıb.

“Bu mənada bəzi politoloqların iki ölkə arasındakı böhran münasibətinin Rusiya xarici siyasəti və iqtisadiyyatına minimum zərbə vuracağı ilə bağlı açıqlamalarını anlamıram.    Türkiyəni başqa ölkə ilə əvəz etmək çağırışları tamamilə gülüncdür”- politoloq qeyd edib.

 “Əlbəttə naringi və pomidoru Mərakeşdən, ya İrandan almaq olar, yaxud tursəfərlərin marşrutunu dəyişmək də olar. Lakin Türkiyəni regional siyasi xəritədən qaldırmaq, həmçinin, onun kimi perspektivli bazarı olan ikinci qonşu tapmaq mümkün deyil.

Həmçinin, qeyd olunan regionlarda strateji maraqları Türkiyənin maraqlarını nəzərə almadan həyata keçirmək olmaz. İndiyə qədər həmin məsələlərdə razılığa gəlmək mümkün idisə,  indi onlardan yan keçmək, daha mürəkkəb variantda isə neytrallaşdırmaq lazım gələcək. Bu halda yaranan münaqişə isə daha çox iştirakçı cəlb edəcək”, -deyə İ.Vəlizadə söyləyib.  

“Rusiya Ankaranı əvəz  edəcək tərəf axtarışını çıxsa da, çətin ki, İran Türkiyənin yerini tutsun. Bu iki fərqli potensiala və prioritetlərə sahib olan dövlətlərdir”- politoloq qeyd edib.

İ.Vəlizadənin sözlərinə görə, Türkiyə üçün də Rusiyanın alternativi yoxdur:” Məhz buna görə Türkiyə hökuməti sona qədər rus höküməti ilə dialoqu bərpa etməyə çalışsa da, nəticə uğursuz oldu. Türkiyədə anlayırlar ki, Rusiya ilə münasibətlərin mürəkkəbləşməsi türk diplomatiyasının aktiv olduğu regionlarda gərginlik yaradacaq. Bu səbəbdən Ankara Rusiya ilə münaqişənin yaradacağı riskləri azaltmaq istiqamətində addım atır.

Ekspertin sözlərinə görə, bunun bariz nümunəsi Türkiyə və İsrail arasında münasibətlərin normallaşması,hər iki ölkənin səfirlərinin qayıtması ilə bağlı razılığın olduğuna dair məlumatın yayılmasıdır.

“Bu yaxınlaşma imkanının müəyyən limitləri olduğuna baxmayaraq, bu həm İsrailin, həm də Türkiyənin region proseslərindəki  roluna təsir edəcək, münasibətlərin yenidən nəzərdən keçirilməsi, hətta hərbi-texniki imkanlar sahəsində əməkdaşlığa şərait yaradacaq”-deyə politoloq fikrini yekunlaşdırıb.

1news.az

Paylaş:
2314

Son xəbərlər

KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53
Bütün xəbərlər