Rasim Ağayev: “Qarabağ erməniləri bizim mövqeyimizi dəstəkləyəcək, əgər...”
1news.az-ın azərbaycanlı politoloq Rasim Ağayevlə müsahibəsi:
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının danışıqlar prosesini necə qiymətləndirirsiniz? Bildiyiniz kimi, Berndə Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü heç bir nəticə vermədi. Sonrakı illərdə bu istiqamətdə nə gözləmək olar?
- Mən İsveçrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün bağlı qapılar arxasında nələrdən bəhs olunduğu haqda məlumat əldə etməyə çox çalışdım.Çox az məlumat əldə edə bildim. Həmsədrlərin görüş ətrafında təlaşlanması və həmin görüşə böyük əhəmiyyət verməyə çalışmalarından aydın oldu ki, onlar üçün dialoqun məzmunu deyil, sadəcə iki prezidentin görüşməsi əhəmiyyətli oldu.
Qeyd etmək olar ki, bu, ATƏT-in Minsk qrupu həmsədr-ölkələrini də qane etdi. Moskvada, Parisdə və Vaşinqtonda da münaqişə və Azərbaycanın ərazi bütövlüyünün pozulması faktı ilə deyil, qoşunların təmas xəttində növbəti dəfə gərginliyin yaranması oldu.
Qəribə səslənsə də, göstərilən üçlük ölkələrdən heç biri münaqişənin fəal mərhələsinin yenilənməsini istəmirlər. Hazırda regionun taleyi Suriyada həll olunur, ona görə də heç kəs bizim münaqişə ilə maraqlanmaq istəmir. Lakin Azərbaycan və Ermənistan prezidentlərinin görüşü, fikir mübadiləsi, atəşkəs rejiminin pozulması barədə narazılıqları özü müsbər haldır. Bir daha qeyd etmək istərdim ki, bu cür münaqişələrdə hətta görüşlərin özü belə müəyyən məna daşıyır.
- Demək olarmı ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermir? BMT-nin TŞ-nın işğal olunmuş torpaqlardan erməni qoşunlarının çıxarılması haqda yürütdüyü qətnaməyə baxmayaraq, məlum təşkilat hətta tövsiyyə səviyyəsində belə bu bəyanatı Ermənistana təqdim etmir. Demək olarmı ki, ATƏT-in Minsk qrupu bu cür məsələləri həll etmək gücünə malik lazımi mexanizm deyil?
- Bilirsiniz, ATƏT-in Minsk qrupuBakının gözlədiyi kimi nə səlahiyyətlərə, nə də imkanlara malik təşkilatdır. Qeyd etmək istəridim ki, birinci mərhələdə onlar məhsuldar çalışdılar. Lakin daha sonra Ermənistan təşvişə düşdü, çevriliş oldu, parlament güllə-baran edildi və nəticədə bütün nailiyyətlər puç oldu. Başqa tərəfdən də, əgər ölkə BMT-nin TŞ-nın çıxardığı qətnaməyə riayət etmirsə, eyni zamanda münaqişənin həlli həvalə olunmuş ölkələr bununla bağlı heç bir tədbir görmürsə, hətta işğalçı dövləti Rusiya etdiyi kimi silahla təchiz edirsə, ABŞ dəstəklədiyi kimi hər vəziyyətdə dəstəkləyirsə, o zaman onlardan heç bir nəticə gözləmək düzgün deyil.
Münaqişənin əvvəlindən də hər kəs Ermənistanın tərəfində idi. Və özümüzü aldatmayaq ki, nəsə bu istiqamətdə dəyişib. Hər şey əvvəlki kimidir. Yalnız geosiyasi vəziyyət dəyişib və Azərbaycan enerji və iqtisadi baxımdan bu mərhələyə təsir edə biləcək xüsusi gücə sahibdir.
Lakin həmsədrlərin fikrincə, Azərbaycanın dəyəri Ermənistana olan rəğbətdən üstün deyil. Buna görə də, hər iki ölkəyə münasibətdə elastik siyasət yürüdülür. Həqiqətlərdən çıxış etmək lazımdır. Bununla yanaşı,Azərbaycan xarici əlaqələr və Dağlıq Qarabağ münaqişəsinin nizama salması haqqında öz mövqeyini təqdim etmək üçün çox şeyə nail olub. Bunu təkzib etmək gülüncdür. Və qeyd etmək lazımdır ki, yaxın gələcəkdə böyük dəyişikliklər baş verə bilər. Axı heç kəs bilmir ki, Rusiya ilə Türkiyə arasındakı gərginlik nə ilə nəticələnəcək.
10-15 ildən sonra dəqiq demək olacaq ki, münaqişənin nizama salınması prosesində Azərbaycanın bu və ya digər istiqamətdə yürütdüyü siyasət düz və ya yanlış olub. Əlbəttə ki, hər hansı bir siyasəti tənqid etmək onu yürütəməkdən daha asandır. Xatırlamaq lazımdır ki, Azərbaycan münaqişənin başlanğıcında hansı vəziyyətdə idi. Biz əvvəlcədən uduzulmuş vəziyyətdə idik. Rusiya, ABŞ bizi bloka salmışdı, Qərb isə bizimlə hər hansı bir iş görmək istəmirdi. Deyəsən biz, bunu unutmuşuq, xarici münasibətlərdə bunu yaddan çıxarmayaq.
- Belə olan halda digər sual yaranır. ATƏT-in Minsk qrupunun xidmətlərindən imtina etməyərək, paralel olaraq Azərbaycanın mövqelərini möhkəmlədən digər mexanizmi işə salmaq olarmı?
- Bəli. Azərbaycanın bu istiqamətdə istifadə edə biləcəyi təhlükəli silahı var. Azərbaycan – zəngin ölkədir, biz erməniləri burada təhlükəsiz yaşamaları ilə bağlı inandırsaq, o zaman onlar da Azərbaycan vətəndaşları kimi rifah və demokratik şəraitdə yaşayacaqlar. Belə olan halqda Qarabağ erməniləri də bizim mövqeyimizi dəstəkləyəcək. Onlar anlayacaqlar ki, nəyi itiriblər. Bunula da biz, ABŞ və Qərbin mövqelərinə təsir edə bilərik.Eerməniləri Azərbaycandan necə mühacir etmələrini xatırlayıram. Onlar düşmən kimi münasibət göstərilən Ermənistana deyil, Rusiya, eləcə də Krasnodar, Sibirə köç etdilər.
- Necə düşünürüsünüz, Rusiya ilə Türkiyə arasındakı gərginlik bizim münaqişəyə təsir edə biləcəkmi?
- Qeyd etmək istərdim ki, Türkiyənin zəifləməsi Azərbaycanın da bütün aspektlərdə mövqeyini zəiflədir. Bu SSSR-in dövlət katibinin hətta ölkəmizin adını düzgün tələffüz edə bilmədiyi 60-cı və ya 70-ci illər deyil. Hazırda hər kəsə bəllidir ki, «who is who». Və Rusiya ilə Türkiyə arasındakı münaqişə Azərbaycana da təsirini göstərəcək. Əlavə etmək istərdim ki, erməni-azərbaycanlı münaqişəsi tarixidir və mahiyyətcə çoxşaxəlidir.
Unutmayaq ki, hansı vəziyyətin yaranmasından asılı olmayaraq Azərbaycanın düşmən-qonşusu var. Hiyləgər, qəddar və ağıllı. Amma bununla yanaşı, onların xəstə cəmiyyətləri də var. Onlar “Böyük Ermənistan” ideyası ilə xəstədirlər. Və onları müalicə etmək demək olar ki, mümkünsüzdür. Bunu yalnız onları ölkədən məhrum etməklə həyata keçirmək olar. Bu da olmayacaq. Onlar təkcə Dağlıq Qarabağı işğal etməklə deyil, hazırda oxşar hadisəni Abxaziya xəritəsində də həyata keçirmək istəyirlər. Çoxları düşünür ki, ermənilər Suxumiyə tərəf yönəliblər, lakin onların məqsədi dənizə çıxışdır. Və onlar buna nail olmağa çalışacaqlar. Azərbaycan hər zaman ayıq-sayıq olmalıdır və bu mövqedən çıxış edərək öz siyasətini qurmalıdır.
1news.az