Faiq Bağırov: Böhrandan qorxmağa dəyməz, həyatınızı yaxşılığa doğru necə dəyişə bilərsiniz
Ötən ilin son günlərində Bakıda “Anti-böhran: Uğur üçün necə güc tapmaq olar” adlı treninq keçirilib.
Treninqin müəllifi və aparıcısı Successful Strategies şirkətinin təsisçisi Faiq Bağırov idi.
Təşkilatçılar “treninq bütün iştirakçılara böhran vəziyyətinə olan münasibətlərini dəyişməyə, eləcə də, 2016-cı ildə biznes və şəxsi həyatda yeni nəticələr əldə etməyə yardımçı olacaqlarına söz vermişdilər.
Belə çiddi hədəflərə necə nail olmaq mümkündür- mövzusunda treninqin müəllifi Faiq Bağırovdan aldığımız müsahibəni təqdim edirik.
- Əvvəlcədən demək istəyirəm ki, treninq zamanı verdiyim məsləhətlər bu müsahibədə səslənənlərdən fərqlənməcək. Cünki treninq həyatın axarına təslim olmayaraq, var olan vəziyyəti dəyişməyə qərar vermiş insan üçün nəzərdə tutulub.
-Təəssüf ki, bütün insanlar buna hazır deyil və sanki donmuş halda vəziyyətin dəyəşməsini gözləyirlər. Bir şeyi bilirəm ki, dəyişmək istəyənlər bunun üçün bütün imkanlara əl atırlar. Dəyişmək istəməyənlərə isə heç bir nəsihət kömək edə bilməz”,-deyə, F.Bağırov söhbətə başladı.
- Siz haqlısınız. İndi əhalinin əksər hissəsi hər hansı bir qərar qəbul etməkdən uzaqdır, buna görə də onları günahlandırmaq olmaz. Bir çoxlarının fikri hələ də qarışırqdır. Bəziləri depressiya halındadır. Bəs bu halda nə etmək olar?
- İlk olaraq böhran vəziyyətin varlığını qəbul etmək lazımdır. Heç nəyin “Əvvəlki kimi” olmayacağını fakt kimi qəbul etmək vacibdir. Əlbəttə uzun müddət əzab çəkmək, əvvəlki zamanla bağlı nostalji hissinə qapılmaq mümkündür. Lakin bunun heç bir faydası yoxdur. Bİr növ uşaqlıq illərini xatırlamağa bənzər, xatirələr sevinc hissi yaradır, lakin geri dönmək mümkün olmadığına görə qüssələnməyə dəyməz.
Qeyd etmək istəyirəm ki, mənim məsləhətlərimə çox az insan diqqət yetirə bilər. Bəziləri obyektiv səbəblərdən bu məsələni həll etmək imkanına malik deyil, məsələn, tənha yaşlı insanlar, fəaliyyət məhdudiyyəti olan şəxslər. Böhran vəziyyətindən onların necə çıxa bilməsi ayrıca söhbət mövzusudur. Həmin mövzuda söhbətin belə insanların problemlərini həll etməyə səlahiyyətli şəxslərlə aparılması gərəkdir.
- Statistikaya əsasən deyə bilərik ki , dünyada fəalyyət qabiliyyəti olan insanların 20 faizi öz həyatında dəyişiklik etmək istəyir. Cünki böhran vəziyyətində ilk olaraq insan özü dəyişməlidir.
- İzah edin zəhmət olmasa.
- İnsanlar çox vaxt həyatlarında baş verənləri idarə etmək imkanına malik olmur. Biz böhranın yaranmasını və ya qışın gəlməyini idarə edə bilmərik.
Qış fəslini misal göstərək. Biz geyimimizi dəyişirik. Açıq havada əvvəlkinə nisbətən az oluruq. Həyat tərzimizi qismən dəyişirik. Bu halda bir şeyə əminik ki, qış bitəcək və ardıyca yaz, daha sonra yay gələcək. Bu halda biz əmin olduqlarımızdan danışırıq. Bizim bu prosesə təsir etmək imkanımız yoxdur. Sadəcə olaraq qış fəslini daha səmərəli keçirə bilmək, orqanizmimizi möhkəmləndirmək üçün bu fəslin üstünlüklərindən yararmaq haqqında danışa bilərik.
Eyni nöqte-nəzərdən böhran vəziyyətinə baxaq. Böhran halı baş verdikdə ilk olaraq həyat tərzimizi dəyişmək lazım olduğunu anlayırıq: qənaət edir, müəyyən mənada adət etdiyimiz həyat səviyyəsini aşağı endiririk. Lakin böhranın mənfi fəsadı bir də ondan ibarətdir ki, bizim gələcəyə olan inamımızı azaldır, böhranın nə zamansa bitəcəyi və stabil həyat tərzinin gələcəyinə güvənimiz itir.
Bizdə böhran haqqında məhdud düşüncə yaranır. Lakin adətən belə vəziyyətlərdə yaranan narahatlıq və problemlər bir anlıq olur və bir gün, yaxud bir həftədən çox çəkmir. Biz onların ardıyca gələ bilən perspektivi görə bilmirik.
Məsələn, siz “ilk devalvasiya dalğası haqqında nə düşünürsünüz?” “Onun artıq keçmişdə qaldığını”. Bəs 10 il sonra indiki vəziyyət haqqında nə düşünəcəksiniz? Yaxud 10 il bundan əvvəl olanlar haqqında indi sizdə hansı fikirlər yaranır?
- Əgər elədirsə, indiki vəziyyətdə nə haqda düşünmək doğrudur?
- Bu halda “ dövlət səviyyəsində”, “ümumilikdə dünya böhranı səviyyyəsində” deyil, hər kəs öz həyatı çərçivəsində düşünməlidir. Devalvasiyaya dörə gəlirlər azalıbsa, siz ən azından əvvəlki “status-kvo”nu qaytarmaq istəyəcəksiniz. Bunun üçün də ya əlavə gəlir mənbələri axtarmaq, yaxud da yeni iş axtarmaq lazımdır.
Bununla yanaşı hər gün hazırda sahib olduqlarının fərqində olmaq, həyatında ailənin, sağlamlığının, dostlarının, fəaliyyət imkanının olduğuna görə sükür etmək lazımdır. İnanın ki, nə qədər sıradan səslənsə də, bu insan orqanizminə bütövlükdə çox güclü təsir göstərir. Eyni zamanda insanın reallığı aydın qəbul etməsi və real qərarlar verməsi üçün əhəmiyyətlidir.
Anlamaq lazımdır ki, ölkədə böhranın olması o demək deyil ki, sizin həyatınızda da böhran yaşanacaq. Lakin hər gün müxtəlif variasiyalarda bu ifadənin səslənməsi həqiqətən də sizin üçün əngəl yarada və həyatınızda nə isə dəyişməyinizə mane ola bilər. Hər şeydə mükəmməllik axtarışını kənara qoyub fəaliyyətə keçmək lazımdır. Cünki yalnız bu yolla həmin səddi aşmaq mümkündür.
Əlbəttə heç bir iş görməyən insanlar da olacaq, çünki onlar üçün bu daha təhlükəsizdir. Nə qədər ki insan fəaliyyətsizliyin özü üçün xeyirli olduğuna əmindirsə, heç kəs və heç bunun əksini ona inandıra bilməz. Buna görə də məsləhətlərimi məcburi hər kəsə aid etmirəm.
Bir qadın haqqında hekayə var: Bu qadının həyatında hər şey pis idi. :iş yerində ona qiymət verilmirdi, əri xəyanət edir, qızı sözünü saymırdı. O, çətinliklə bir şərq psixoloqunun qəbuluna gəlir. Maraqlıdır ki, hər şey haqqında danışmağa 5 dəqiqə, faciəli həyatını başdan sona qədər anlatmağa isə 2 dəqiqə zaman sərf edir. Birdən psixoloq ona cavab verir: “Səbr et. Bu sənin karmandır”. Qadın bu cavaba o qədər qəzəblənir ki, həyatının həmin dəqiqədən dəyişmək qərarına gəlir. Cünki “belə bir karma” ilə razılaşmaq istəmirdi. Və buna nail olur. Belə insanlar yüzlərlədir. Təsadüfü deyil ki, uğur üçün bəzən “zərbə”almaq lazım olur. Böhran da məhz həmin “zərbə” ola bilər.
- Bu sözlər çox gözəl səslənir. Lakin işini itirən, yaşamağa yeri olamayan, yaxud evi üçün kirayə vermək imkanı olmayanlar nə etsin? Həqiqətən də stres halında olan insanlar bu vəziyyətdə nə etməlidir?
- Mən sizinlə tamamilə razıyam. İşi yerini itirmək böyük gərginlik yaradır. Axı bu təkcə maddi sıxıntı deyil, həm də həyat keyfiyyətinin itirilməsi deməkdir. Bəziləri bu qayğılara həm də “insanlar mənim haqqımda nə düşünər?” qayğısını da əlavə edir.
Qeyd edək ki, məhz bu daha çox “sonu” gətirir, cünki onlar sosial statusun dəyişməsinə kəskin reaksiya verir. Bəzən insanlar ən vacib məsələləri- həyatın özü, sağlamlıq və yaxın insanları qiymətləndirə bilmirlər.
Bütövlükdə böhranın aradan qaldırılması 5 addımda həyata keçirilə bilər:
1.Böhranla bağlı emosional stresdən azad olmaq;
Nə qədər ki, beynimiz stress halındadır, insan həmin vəziyyətdən başqa heç nə düşünmək iqtidarında deyil. Əgər insan uzun müddət bu ruh halında qalarsa, ciddi xəstəliyə tutula bilər. Onun yanında ilk böhran az görünər.
-Stressi atmaq üçün konkret hansı addımlar atılmalıdır?
- Bunun üçün bir çox çıxış yolları var. Oxuculardan hər biri internetdə sadə axtarış yolu ilə özünə uyğun variantı seçə bilər. Ən pis ehtimal neqativ və əlacsızlıq dalğasına qapılmaqdır. Bu dalğa işığı görməkdən insanı tamamilə məhrum edir. Öz gücünə inamı qırır və mənfi emosiyalar yaradır.
Emosiyalar müstəvisində nəyi məsləhət görərdim?
Öz bədəninizə diqqət edin. Təmiz havada daha çox olmaq, sağlam qidalanma və hər hansı gimnastika növü ilə məşğul olmaq bu halda faydalıdır.
Xasay Əliyevin yaratdığı məşhur “Açar” metodu ekstremal vəziyyətlərdə gərginliyin aradan qaldırılması üçün çox əla vasitədir. Videolarla ustadın özündən bu metodikanı öyrənə bilərsiz:
2. Qərar qəbul etmək.
Siz həyatınızı yaxşılaşdırmaq üçün nə isə etmək istəyirsiniz, yaxud sizə sadəcə xərcləri azaltmaq və əvvəlki fəaliyyətinizə davam etmək daha əlverişlidir? “Fəaliyyətiniz” hər gün həmkarlarla müzakirələr aparmaq və “hər şey çox pisdir bunda günahkar kimdir?” tipli statisları sosial səbəkələrdə paylaşmaqdan ibarətdir? Hər bir halda bunlar sizin seçiminizdir.
Qərar qəbul etmək ən mühüm məqamdır. Siz qərar qəbul etdikdə qarşınızda yeni imkanlar açıla bilər.
3. Məqsədin olması.
Qarşıya konkret məqsədin qoyulması.
Məsələn, mənim əvvəl ayda 1000 manat qazancım olurdu. İndi isə əvvəlki həyat şəraitimi təmin etmək üçün 1500 manat qazanmalıyam. Məqsəd 1 fevral 2016-cı ildən etibarən ay ərzində 1500 manat gəlir əldə etməkdir. Bu zaman təbii olaraq “necə?” sualı ortaya çıxır.
4. Plan tərtib etmək.
Effektiv plan tərtib etmək üçün internetdə bu mövzuda axtarış etmək, məqalələr, kitablar oxumaq, gəlirin artırılması ilə bağlı seminarlarda iştirak etmək lazım ola bilər. Bəlkə sizin planınızda daha çox qazanc üçün peşəkarlığın artırılması bəndlərdən biri olacaq.
5.Fəaliyyətə keçmək.
Fəaliyyətə keçdiyimiz zaman bilməliyik ki, heç də hər şey planladığımız kimi getməyə bilər. Lakin bizim qərarımız qətidirsə, qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün özümüzdə güc və ideya tapa bilərik.
- Yaxşı, bəs böhrana qədər də mütəvazi yaşayan insanlar nə etmədir?
- Böhran həmişəlikdir- bunun fərqinə varmaq. Hər şeyin bundan sonra pis olacağı mənada deyil, sadəcə, əvvəlki kimi olmayacağını anlamaq lazımdır. Bu halda həmin insanlar bütün günü xiffət də çəkə bilər, bundan sonra nə edəcəyinə dair qərar da verə bilər.
Bu zaman artıq altşüurunuzu yüngülcə “aldada” bilərsiniz. Özünüzü inandırın ki, bu vəziyyət “keçici” xarakter daşıyır. Sahəsi əvvəlkindən balaca evə köçməklə, yaxud, yeni, o qədər də xoş olmayan işə başlamaqla əlaqədardır. Bu gün əsas məsələnin minimum həyat səviyyəsini təmin etmək olduğunu özünə təlqin etmək olar. Daha sonra vəziyyət tənzimlənərsə bütün xoşagəlməzlikləri daha yaxşısı ilə əvəz edəcəyinizə özünüzü inandıra bilərsiniz.
- Kredit borcu olan insanlar nə etməlidir?
- Onların planının ilk bölməsi məhz borcların ödənməsi olmalıdır. Böyük ehtimalla, banklar müəyyən güzəştlərə gedə bilər.
Yeri gəlmişkən deyim ki, həddindən artıq əlçatan böyük kredit imkanı çoxlarının başına bəla oldu. Məhz bu vəziyyət bəzi insanların indi olduqları ruh halına gətirib çıxardı. Axı heç də hər kəs vacib ehtiyaclar üçün kredit götürmürdü. Bəziləri kreditlərdən suai istifadə edirdi. Fors- major halları nəzərə almadan hər hansı yeni əşya- televizor, ya telefon alarkən öz zərərinə qarar verirdi.
Bəzi insanlar maliyyə təcrübəsi baxımında hazırlıqlı olmadığından buraxdığı boşluğun indi ağrısını çəkirlər.
Kədərli haldır ki, bir çox insanlar gələcəyin qayğısına qalmadan, yalnız dövlətin yardımına əsaslanaraq, öz uğursuzluqlarında başqalarını günahlandıraraq yaşamağa öyrənib. Onlar üçün böhran bir növ xəstəlikdir və onu qabaqlayıcı tədbirlərlə yumşaltmaq mümkündür.
Bununla əlaqədar, yalnız rahat kredit şərtləri təqdim edən insanları deyil, həm də bu kreditləri sanki “isti kökə” kimi paylayan bank sistemini də günahlandırıram.Bəziləri bu kreditləri almaq üçün ilk öncə özünü aldadır, iş yerlərində əslində almadıqları miqdarda əməkhaqqı məbləği göstərilən sənədlərlə kredit üçün müraciət edirdilər. Bəs onların bəlalarında indi kim günahkardır? Bu krediti qaytarmaq məqamı gəldikdə onlar kimə arxayın idilər?
Xatırlayın, keçən il avtomobil almaq üçün kredit şərtləri sətləşdirildiyi zaman insanlar buna qarşı narazalıq ifadə edirdi. Halbuki, indi belə bir tədbir olmasaydı nələr olacağını düşünün?
-Bəzi insanlar maşın almaq üçün deyil sadəcə ərzaq malları almaq üçün də kredit götürürdü. Mən elə insanlar tanıyıram ki, onların bu məsrəfləri ödəməyə imkanı yox idi.
- Onlar çıxış yolunu əlavə qazanc əldə etməkdə deyil, kredit götürməkdə gördü. Bilirsiz, ziddiyət ondadır ki, sovet sistemini günahlandıran insanların əksəriyyəti hələ də o sistemə uyğun olaraq yaşayır və belə bir düşüncəyə sahibdirlər ki, dövlətin onlara borcu var.
Əslində isə dövlət hər kəsin bərabər şərtlər daxilində yaşaması üçün şərait yaratmalı və insanların yaşamaq və qazanc əldə etməyinə mane olmamalıdır. Yeri gəlmişkən deyək ki, əgər dövlət dolların kursunun qalxması ilə əlaqədar yaranan xaosun qarşısını almasaydı, əsl böhran məhz onda yaşanardı. Buna görə də indi dövlətdən narazılıq etmək effektiv strategiya deyil və bizim şəxsi vəziyyətimizi yaxşılaşdırmayacaq.
- Artıq hər bir işdən əli soyuyan və depressiyaya düşən insanlar bu vəziyyətdən necə çıxış yolu tapa bilər?
- Bu həmin insanın şəxsi seçimidir. Sosial həyatın ən aşağı səviyyəsinə düşüb qəfildən həyatının necə olacağını anlayan, “oyanaraq”, hər şeyi sıfırdan başlayan bir çox insanlar vardır. Bu vəziyyətdə onlara stimul verən amil fərqli ola bilər: daha uğurli sinif yoldaşına olan acıq hissi, aşiq olmaq, yaxud sadəcə, fəailyyətsizlikdən usanmaq ola bilər.
Əli hər yerdən üzülən insanlara əlləri və ayaqları olmayan insan haqqında videosüjeti izləməyi məsləhət görərdim. Mən əli və ayağı olmasa da yaşamını davam etdirən Aleksey Talayı nəzərdə tuturam. O, 16 yaşına kimi normal şəkildə yaşayıb və böyüyb, lakin minaya düşdüyünə görə əllləri və ayaqlarını itirmiş şəxsdir. Buna baxmayaraq, həyatın sınaqlarına təslim olmayıb və böyük uğöurlar əldə edib. Belə hadisələör insana mənəvi güc verir.
Burada maraqlı müqayisə aparmaq yerinə düşər. Nəhəng dalğa xərcəngi qayalara atdıqda onun yetərincə instinkti və enerjisi olmur ki, yenidən dənizə qayıtsın. Buna görə də düşdüyü yerdə yeni dalğanın gəlib onu suya qaytarmasını gözləyir. Dalğa gəlmədiyi zaman o olduğu yerdə qalır və özünü ölümə məhkum etsə də, yerindən bir addın da kənara atmağa cəhd etmir. Halbuki ona həyat verəcək mühit çox yaxında, bir metrdən də az məsafədədir.
Dünya belə insanlarla doludur. Onlar da sanki qayalarda qərarsızlıq və ətalət içində “donub” və bu vəziyyətdən çıxmaq üçün səy göstərmək əvəzinə uğur dalğasının gələrək onları arzu etdikləri yerə çıxarmasını gözləyirlər.
Ona görə də indi oxucalara sual vermək istəyirəm “xərcəng-insan”a çevrilmək istəyirlərmi?
- Bəs təslim olmaq istəməyən insanlar üçün müəyyən fəaliyyət alqoritmi varmı?
- Şübhəsiz ki vardır. İlk olaraq emosionallığı mümkün qədər aşağı salmaq lazımdır. Cünki bu ruh halı sağlam düşünməyə mane olur. Həmçinin, bunu müəssisə rəhbərlərinə də tövsiyə edərdim. Belə ki, “böhran dalğasına” qapılaraq həqiqətən dəyərli əməkdaşları işdən uzaqlaşdıra bilərlər.
Öz xərclərini azaltmağı qərara aldığınızda bu məsələyə fanatizmdən uzaq və sağlam düşüncə ilə yanaşmaq lazımdır. Məsələn qənaəti təhsil xərclərini azaltmaqda görürsünüzsə bunu etməyə dəyməz. Cünki təhsil bir növ gələcəyə olan yatırımdır. Ən yaxşısı ailə büdcəsində elə bir sahəni tapmaq lazımdır ki, onun ixtisarı və ya əvəzlənməsi daha münasibdir.
Gəlirlərinizi və xərclərini hesablamağa başlayın. Qənaət edin, ən sadə kiçik şeylərdə indiki gəlirinizin 10 faizi qədərinə qənaət etməyə çalışın. Bunu istəklərini məhdudlaşdırma olaraq deyil, özünüzə ayırdığınız əməkhaqqı kimi dəyərləndirsəniz motivasiyanız dəyişəcək. Qənaət “Qara gün” üçün deyil, “ağ gün” üçün olmalıdır. Görəcəksiniz ki, əvvəlki əməkhaqqının 90 faizi ilə də çox rahat yaşamaq mümkündür. Bəlkə də buna inanmaq çətindir.
- Çox çətindir. Nəzərə alsaq ki, dolların kursunun artması ilə bu gün əməkhaqqı onsuzda azalıb.
- Bəli. Lakin sınaqdan keçirmək mümkündür. Mən deyərdim ki, maaş azaldığına görə 10 faiz o qədər də nəzərə çarpan olmayacaq.
Benjamin Franklinin belə bir ifadəsi var: Xoşbəxt olmağın iki yolu var. Biz ya istəklərimizi ixtisara salırıq, ya da imkanlarımızı genişləndiririk. Hər ikisi də eyni məqsədə xidmət edir və nəticəsi eynidir. Hər bir insan qərar qəbul edir və özü üçün daha asan görünən vərdişi seçir. Əgər sən xəstə, ya imkansızsansa, istəklərini məhdudlaşdırmağın o qədər vacib deyil. Bu halda imkanlarını genişləndirmək daha önəmlidir. Əksinə əgər sən gənc, sağlam və güclüsənsə bu halda imkaları genişləndirmək asan , istəkləri məhdudlaşdırmaq isə daha cətin olacaq. Yox əgər sən müdriksənsə, hər ikisini elə gerçəkləşdirə bilərsən ki, cəmiyyətdə xoşbəxtliyi artırar”.
Ümumiyyətlə, insan yalnız özü istədiyi halda motivasiyasını yüksəldə və özünü sakitləşdirə bilər. Mən çıxış yollarını göstərməklə insanlarda stimul yaratmaq istədim. Bir çoxları üçün sadəcə Aleksey Talayın həyatından bəhs edən videoçarxı izləmək belə böyük həyat stimulu yarada bilər.
Bundan əlavə hər bir oxucuya 11 yaşlı qızdan bəhs edən “Polliana” filmini izləməyi tövsiyyə edirəm. O, hər bir şəraitdə həyata sevgi və sevinclə baxmaq bacarığı sayəsində bütov bir şəhərdə həyat şəraitini dəyişməyə nail olur.
Filmin ehtiva etdiyi mənalardan biri də odur ki, hətta bir insandan çox şey asılı ola bilər. Hər birimiz həyatda bir çox şeyləri dəyişə bilərik.
Bu məqamda məşhur pritçanı xatırlamaq istərdim.
Qədim zamanlarda bir hindu nəvəsinə həyat həqiqətini belə izah edir.
- Hər bir insanın daxilində mübarizə gedir. Bu iki qurdun döyüşünə bənzəyir. Qurdlardan biri şəri- paxıllıq, qısqanclıq, təəssüf, eqoizm, ambisiya, yalanı.. O biri isə xeyri- sülhü, sevgini, ümidi, həqiqəti, mehribanlığı, sədaqəti təmsil edir.
Balaca hindi babasının sözlərindən qəlbinin dərinliklərinə qədər təsilənərək fikrə dalır və soruşur :
- Bəs sonda hansı qurd qalib gəlib gəlir?
Qoca hindu nəvəsinin bu sözünə azacıq gülümsəyib deyir:
- Qalib sənin daha çox yemlədiyin qurd olur.
Bu pritçanı hər zaman xatırlayın və qəlbinizdə o qurdu yemləyin ki, sizi sabah arzusunda olduğunuz həyata qovuşduracaq.
1news