Bu yaxınlara qədər diktatorlar tərəfindən idarə olunan ölkələr Türkiyəni mühakimə etməkdə haqlıdılarmı?
Türkiyədə hakimiyyətin demokratik idarə üsulu qurulanda və çoxpartiyalı sistem olan zamanlarda, hələ Qərbi Avropanın bir çox ölkələrini hərbi diktatorlar və siyasi hakimiyyətin qəsbkarları idarə edirdi.
Bu gün Qərbin bir çox ölkələri Türkiyəni insan haqlarına və demokratik prinsiplərə hörmət etməməkdə günahlandırırlar. Xüsusilə də, Avropa Birliyi (AB) Ankara qarşısında bir sıra tələblər qoyub ki, Türkiyə AB-yə daxil olması üçün bunları yerinə yetirməlidir.
Bəli, hazırda Türkiyə demokratiyası ciddi problemlər yaşayır və əsl sınaqla üz-üzə dayanıb. Türkiyədən 30-40 il sonra hakimiyyətin demokratik idarə üsuluna keçən şübhəli nüfuza sahib ölkələr demokratik dəyərlərlə əlaqədar onu tənqid yağışına tutmaqda haqlıdılarmı?
Qeyd edək ki, yaxın zamanalaradək Türkiyə demokratiyası ölkələr-opponentlərinə Rusiya da daxil idi. Lakin doğrusunu deyim ki, Türkiyə hakimiyyətinin demokratik idarə üsulu təcrübəsini Rusiyanın demokratiya adlandırdığı üsulla müqayisə etmək, ümumiyyətlə yersizdir. Buna görə də, özlərini demokratiyanın etalonu hesab edən Qərbi Avropa ölkələri ilə məşğul olmaq daha uyğundur.
Qərbi Avropanın bir sıra ölkələri İngiltərə istisna olmaqla, hakimiyyətin demokratik idarə üsuluna keçərkən bir sıra çətinliklər yaşayıb. Nasist Almaniyasının fərqli düşüncələrin sıxışdırılması ilə faşist İtaliyası haqda danışmağa dəyməz.
Müharibədən sonra Almaniya dərhal özünə gələ bilmədi, İtaliyada isə 90-cı illərə qədər davam edən Xristian-demokratik partiyasının siyasi hökmranlığı quruldu. Bununla belə, o illərdə Qərbin bir çox ölkələrində birpartiyalı sistem faktiki olaraq mövcud idi.
Fransada general Şarl de Qollun avtoritarizmə yönəlmiş cəhdləri nələrə dəyər. 1967-ci ildən 1974-cü ilədək Yunanıstanı idarə etmiş “qara polkovnikləri” də unutmayaq.
Yeri gəlmişkən, 1939-1975-ci illərdə faşistlər haqda... İspaniyanı Adolf Hitlerin və Bennito Mussolininin yaxın dostu – diktator Fransisko Franko idarə edirdi. İspaniyada sağçılıq rejimi quran “Kaudilo” uzun illər İkinci Dünya müharibəsi zamanı cinayətlər törətmiş alman və italyan faşistlərini gizlədib.
Dünya gücləri İspaniyada status-kvonun saxlanılmasında köməklik göstəriblər. Mövcud rejim ona görə Qərb güclərini qane edirdi, bununla da İspaniyadan kommunist təhlükəsinin çəkilməsi Qərb üçün Frankonun diktator rejimindən daha qorxulu idi.
İspaniya yalnız 1980-ci illərin ortalarında demokratik ölkə oldu. 1986-cı ildə İspaniya və Antoniu di Salarazanın diktatura rejimindən yenicə qurtulmuş Portuqaliya AB-nin bərarbərhüquqlu üzvü oldular.
Bununla belə, 70 illik demokratik təcrübəyə sahib olan Türkiyəni Avropa Birliyi müxtəlif bəhanələrlə üzvlüyə daxil etməkdən boyun qaçırır. Uzun müddətdir ki, Türkiyədə yaranan demokratiya institutları var gücü ilə fəaliyyət göstərir, lakin AB inad edərək ikili standartlara sadiqliyini nümayiş etdirir. Onun fəaliyyətləri Türkiyə demokratiyasını əsaslarına xələl gətirərək,ona inamı sarsıdır və Ankaranı xarici siyasət fəallığını dəyişməyə sövq edir.
Türkiyədə birpartiyalı sistemə keçid 1945-ci ildə başa çatıb. Bir il sonra isə Xalq Respublikaçı Partiyasından sonra ikinci siyasi gücə sahib, mərkəz sağçılıq baxışlarını elan edən – Demokrat Partiyasıyaranıb. Elə həmin Demokrat Partiyası parlament seçkilərində qalib gələrək Türkiyə Böyük Millət Məclisinə daxil oldu. 1950-ci ildə Demokrat Partiyası seçkilərdə qalib gələrək Türkiyə Respublikasında ilk dəfə olaraq müxalifət partiyasının hakimiyyət gəlməsi kimi tarixə daxil oldu. Bunununla da, Türkiyə indiyə qədər fəaliyyət göstərən çoxpartiyalı sistemə qədəm qoydu.
Əlbəttə ki, Türkiyənin demokratik siteminin bəzən uğursuzluqları da olub. Hərbçilərin siyasi işlərə tez-tez müdaxiləsi, hərbi çevrilişlər və başqa hadisələr onun üçün əsl sınaq oldu. Qərb dəfələrlə hərbi faktordan istifadə edərək siyasi hakimiyyətə təzyiq göstərərək, bununla da Türkiyə siyasi hakimiyyətini özünə uyğunlaşdırmaq istəyib. Lakin, bütün maneələrə baxmayaraq Türkiyədə demokratiya dəfələrlə bərqərar olub və xarici təsirlərə baxmayaraq fasiləsiz olaraq işləyib.
1970-ci və 1990-cı illər Türkiyə tarixinə koalisiya hökumətləri dövrü kimi daxil olub. Həmin illərdə Qərbin demoktarik ölkələrindən bir çoxu bu cür siyasi təcrübəylə tanış deyildilər. Bununla da Türkiyə siyasətinin müxtəlifqütblülüyü özü haqda danışırdı. Türkiyə Qərbin bir çox ölkələri kimi ikipartiyalı siyasi sitemə keçmədi.
Türkiyə demokratik siteminin unikallığı ondan ibarətdir ki, bütün siyasi partiyalar seçkilərdə qalib gəlmək üçün bərabər imkana malikdirlər. Hətta yeni yaranmış partiyalar da 2002-ci ildə Ədalət və İnkişaf Pariyası kimi seçkilərdə tez-tez qalib gəlib.
Türkiyənin siyasi həyatında hər zaman mərkəzçilik partiyaları – istər sağçılıq, istərsə də solçuluqda üstünlük təşkil edib. Ötən əsrin 70-ci illərində müvafiq olaraq sağçılıq və solçuluq qüvvələrinə rəhbərlik edən Süleyman Dəmirəl və Bülənt Ecevit siyasi sistemdə ikipartiyalılığa keçid üçün bir sıra cəhdlər etdilər. Lakin 1980-ci ildə hərbi çevriliş və ondan sonra baş verən hadisələr bu prosesi ləngitdi.
Bu məsələ bu gün də demokratik, çoxpartiyalı Türkiyədə ən çox müzakirələrə səbəb olan siyasi məsələlərdən biridir.
Ceyhun Ələkbər