Bakının mərkəzində mühafizəçini döyən İsa Əzizov sən demə, daha əvvəllər də klubda qızı döyübmüş - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzində mühafizəçini döyən İsa Əzizov sən demə, daha əvvəllər də klubda qızı döyübmüş - FOTO

17:42 - 27 / 01 / 2016
Bakının mərkəzində mühafizəçini döyən İsa Əzizov sən demə, daha əvvəllər də klubda qızı döyübmüş - FOTO

Dünən bir sıra KİV-də yayılan Bakıda bir qrup idmançının yanacaqdoldurma məntəqəsinə hücumu xəbəri ilk baxışdan hansısa ucuzreytinqə hesablanmış ilk səhnəsi bir neçə pis oğlanın sadə fəhləni ələ salmaq kimi ssenari təəssüratı bağışlayır... Bundan sonra kadra baş qəhrəman daxil olur və həmin “gənclərin” öhdəsindən gəlir.

Həqiqət ondadır ki, hazırki vəziyyətdə söhbət kinodan deyil, Azərbaycanın paytaxtında baş vermiş real hadisədər gedir. Və pis oğlanların öhdəsindən gələn baş qəhrəman təbii olaraqyaxınlıqda olmadı. Lakin hər şey öz ardıcıllığı ilə.

İnsidentin tarixçəsi

Haqqin.az saytının yaydığı məlumata görə, insident AZPETROL şirkətinə məxsus Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib.

Saytın məlumatına görə, məşhur Azərbaycan generalının qohumları (oğlu və bacısı oğlu), eyni zamanda onların dostları 90-HN-999 dövlət nömrə (məlum olub ki, hazırki nömrə digər avtomobilə qeydiyyatda olsa da, zaman-zaman  müxtəlif nəqliyyat vasitələrinə “yerləşdirilir”) nişanlı Bentleymarkalı avtomobillə yanacaqdoldurma məntəqəsinə gəliblər.

“Yanacaqdoldurma məntəqəsinin işçisinə maşının benzin bakını doldurmağı xahiş edən cavanlardan biri avtomobilin pəncərəsindən ona 100 manat uzadır. Yanacaq dolduran işçi bildirir ki, həmin pulu xırdalamağa vəsait yoxdur və onlardan bir qədər gözləməyi xahiş edir. Lakin bu davranış Bentley sərnişinlərinin xoşuna gəlmir və onlar gənclə mübahisə etməyə başlayırlar. Hadisəni aydınlaşadırmaq üçün yanacaqdoldurma məntəqəsinin mühafizəçisi Sadiq Bağırov maşına yaxınlaşır və nəzakətlə onlardan xahiş edir ki, işçi pulu xırdalayana qədər bir az gözləsinlər. Lakin bu, qalmaqalçıları daha da özündən çıxarır və onlar maşından çıxaraq mühafizəçini döyməyə başlayırlar”, - materialda bildirilir.

Qeyd edək ki, saytın məlumatına görə, bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsinə ağ rəngli Prado markalı maşın yaxınlaşır.

“Həmin maşından bir neçə qüvvətli bədən quruluşuna malik idmançılar çıxaraq yanacaqdoldurma məntəqəsinin işçi və mühafizəçilərini kütləvi şəkildə döyüblər. Bu özbaşnalığa yoldan keçənlər müdaxilə etmək istəsələr də, lakin onların cəhdi alınmayıb. Əksinə, yoldan keçənlər də coşmuş gənclərdən kötək yeyiblər”, - Haqqin.az qeyd edir.

Lakin bütün yayılmış xəbərlər Daxili İşlər Nazirliyinin (DİN) rəsmi bəyanatında öz əksini tapdı.

Beləki, qurumda müəyyən olunub ki, yoldan keçənlərin döyülməsi halı baş verməyib. Bentley-in sürücüsünün silahlı olması və hər kəsə atəş açmaqla bağlı təhdidi də təkzib edilib.

1news.az-ın müxbirinə DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bəyan edib ki, yanacaqdoldurma məntəqəsinə gələn sürücü ilə mühafizəçi Sadiq Bağırov arasında münaqişə baş verib və bundan sonra sürücü və onun sərnişinləri onu döyüblər, daha sonra isə hadisə yerindən qaçıblar.

“Nəsimi rayonunun Polis İdarəsinin keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində şübhəli şəxslər – Bakı sakinləri İsa Əzizov və Mahir İsgəndərov saxlanılıblar. Fakt üzrə araşdırma aparılır”, - E.Zahidov qeyd edib.

İsa Əzizov kimdir?

Məlum olub ki, bu yaxınlarda baş vermiş hadisə yuxarıda qeyd olunan məlumata görə, Azərbaycan generalının qohumu olan İsa Əzizovun adı hallanan ilk hadisə deyilmiş.

Belə ki, 1news.az-ın 2015-ci ilin mayında yaydığı məlumata görə, Bakının Yasamal rayonunda yerləşən Famous karaoke-klubunda paytaxt sakini Elvira Əliyeva İsa Əzizov adlı şəxs tərəfindən döyülüb. Həmin vaxt agentliyimiz döyülmüş xanımın fotolarını paylaşmışdı. Döyülən qız hadisə ilə bağlı bütün təfərrüatları bizimlə bölüşmüşdü:

“Səhər saat 3 radələrində klubda olan İsa Əzizov ayaqyolunda mənə yaxınlaşaraq onu tanıyıb, tanımadığımı soruşdu. Mən də cavab verdim ki, xeyr, tanış deyilik. Bu zaman o bildirdi ki, biz birlikdə oxumuşuq, sonralar isə birlikdə idmanla da məşğul olmuşuq. Mən yenə də dedim ki, onu tanımıram. Bundan sonra o, ayaqyolunun qapısını sıxdı ki, mən çölə çıxa bilməyim. Və mənə bildirdi ki, yaxşıca düşünüm.

Mən onu tanımadığımı və tanımaq istəmədiyimi dedim, bundan sonra rəfiqəm gəldi və məni apardı. Biz öz masamızda əyləşdik. Lakin bu zaman İsa Əzizov mənə yaxınlaşaraq şillə vurdu və döyməyə başladı. Mən huşumu itirdim. Məni zaldan çıxarıb ayaqyolunun qarşısına gətirdilər. Rəfiqəm Diana məni orada qan içində tapdı...O, klubun mühafizəçilərindən yardım istəsə də, ona sakit durmağı məsləhət gördülər.

İsa məni ayaqyolunda qoymaq  istəyirdi, amma dostları polisin yaxınlaşdığını dediyinə görə bu fikrindən daşındı. Bizim yanımızda bir nəfər var idi. O, İsaya nə isə dediyinə görə, onu da yerə yıxıb döydü”, - bunları hadisədən sonra Elvira Əliyeva deyib.

“İsa Əzizovun bəyəndiyi, lakin ona məhəl qoymayan qızların həyatı təhlükədədir. O, klubdakı qızlarla ilk dəfə deyil ki, kobud davranır”, -deyə, zərərçəkən qızları xəbərdar edib.

O zaman qızın döyülməsi faktı ilə əlaqədar İsa Əzizova qarşı AR Cinayət Məcəlləsinin 211 (“Xuliqanlıq”) maddəsi üzrə cinayət işi açılmışdı.

Lakin polis əməkdaşları qeyd edir ki, İ.Əzizov istintaqdan  gizləndiyinə görə yerini aşkar etmək mümkün olmayıb.

Görünür ki, həmin iş tədricən unudulurdu, lakin bu uzun çəkmədi.

Şəxsi Bentley maşını ilə istintaqdan “gizlənən” Əzizov indi də yanacaqdoldurma məntəqəsindəki insidentlə bütün şəhərin dilindədir.

Yeri gəlmişkən, 27 yanvar tarixində Milli Məclisin deputatı Adil Əliyev ( Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant  Məhərrəm Əliyevin  qardaşı) Report-a müsahibəsində İsa Əzizovun yaxın qohumu olması barədə məlumata aydınlıq gətirib.

“İsa Əzizov bacım oğlu deyil, amma uzaq qohumumdur. İnana bilmirəm ki, o, belə bir işi görüb. Lakin həqiqətən belə davranışları olubsa çox təəssüf edirəm”, - deyə, Adil Əliyev açıqlama verib.

Xalqın xidmətçiləri 

Burada qeyd etmək yerinə düşər ki, Prezident bir neçə dəfə məmurlar və onların övladlarının ünvanına təskin tənqidlər səsləndirib.

2013-cü il 12 fevral tarixindəki çıxışında Prezident qeyd edib ki, bəzi vəzifəli şəxslərin uşaqları qudurğanlıq edir, insanları təhqir edir, cəmiyyətdə özlərini normal apara bilmirlər.

“Onlara cəmiyyətdə kim belə status verib? Onların güvəndiyi insanları vəzifəyə mən qoymuşam, lazım bilsəm, mən onları vəzifədən uzaqlaşdıraram . Əgər mən bir daha eşitsəm ki, onların ailələrindən kimsə xuliqanlıq edir, özünü normal apara bilmir, həmin adam həbs olunacaq, atası isə işdən qovulacaq”, -deyə, dövlət başçısı bildirib.

Dünən də dövlət başçısı eyni məsələyə toxundu.

Çıxışı zamanı İlham Əliyev xatırlatdı ki, dövlət məmurları istisnasız olaraq xalqa xidmət etməlidir. O, həmçinin məmurların qohumlarını daha mütəvazi olmağa çağırıb.

“Mən həmişə demişəm, hər bir dövlət məmuru, o cümlədən Prezident xalqın xidmətçisidir. Məmurlar da xalqla bir yerdə olmalıdır”.

“Dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa xüsusi statusu var”- deyən dövlət başçısı qeyd edib ki, dövlət məmurlarının əsas statusu insanlara xidmət etmək, onların problemlərini həll etməkdir. Prezident İlham Əliyev bildirib ki, məmurlar insanları incitməməlidir, əksinə onlara kömək göstərməlidirlər. 

* * *

Biz ümid edirik ki, bu dəfə cənab İsayevin kimin qohumu olmasından asılı olmayaraq, hadisə ilə bağlı araşdırma maksimal dərəcədə obyektiv və şəffaf aparılacaq, günahkarlar cəzasını alacaqlar.

1news.az hadisələrin gələcək inkişafını diqqətdə saxlayacaq.

1news.az

Paylaş:
10159

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər