Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti xarici xüsusi xidmət orqanlarına çalışan casusu yaxalayıb
Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları xarici xüsusi xidmət orqanlarına çalışan casusun yaxalanması üzrə əməliyyat keçirib.
1news.az-a DTX ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, saxlanılan İnqilab Xəlil oğlu Əhədov 2011-ci ildən oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.
Bununla əlaqədar İnqilab Əhədov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 27 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
1news.az