Milli Məclisdə zənglərə cavab verməyən məmurlar tənqid olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisdə zənglərə cavab verməyən məmurlar tənqid olunub

15:01 - 29 / 01 / 2016
Milli Məclisdə zənglərə cavab verməyən məmurlar tənqid olunub

“Müxtəlif səviyyəli məmurların və parlamentarilərin işinin konsolidasiyası iqtisadi böhranın ölkəyə neqativ təsirini azalda bilər”, - deyə, Milli Məclisin deputatı Fəzail İbrahimli bildirib.

MM-in Regional məsələlər üzrə komitəsinin iclasında çıxış edərkən bildirib ki, deputatlar və məmurları böhrana qarşı mübarizə aparmaq üçün səyləri biləşdirmək gərəkdiyini bildirib.

Bununla yanaşı F.İbrahimli müxtəlif müəssisə işçilərinin kütləvi şəkildə işdən çıxarılması məsələsinə də diqqət diqqət çəkib.

“ Struktur dəyişikliklə bağlı addımların yanlış anlaşılması işçilərin kütləvi şəkildə vəzifədən uzaqlaşdırılmasına gətirdi. Bu çox təhlükəli tendensiyadır”, - bildirən deputat Prezident İlham Əliyevin sonuncu çıxışlarının əhəmiyyətini vurğuladı.

“İndi ölkə öz inkişafının mürəkkəb zamanını yaşayır. Bu vəziyyət kimin hansı dəyərə malik olduğunu göstərir”, - F. İbrahimli söyləyib.

Bununla yanaşı o ölkədəki vəziyyətə müsbət təsir edəcək qüvvələrin varlığını bildirib. “Söhbət ilk növbədə sahibkarlardan və məmurlardan gedir. Onların üzərinə böyük məsuliyyət düşür. Məhz onlar dövlət başçısı ətrafında daha möhkəm birləşməlidirlər”.

Deputat qeyd edib ki, şəxsən özü 40 min seçicinin maraqlarını təmsil edir. Onlardan ən azı 40 nəfəri hər ay ona müraciət edir. “Onların problemlərini həll etmək üçün müxtəlif instansiyalara müraciət etmək lazım olur”.

Bunun üçün məmurlar elementar olaraq telefon zənglərinə cavab verməlidir. İş telefonuna olan hörməti geri qaytarmaq lazımdır ki məsələlər mobil telefon vasitəsilə həll olunmasın”, -deputat deyib.

F.İbrahimli bildirib ki, çox vaxt hansısa məmurun iş telefonuna zəng etdikdə dəstəyi katibə qaldırır. Axı bu konkret şəxsin adına qeyd olunan dövlət nömrəsidir. Niyə bəs özünüz zənglərə cavab vermirsiniz?”-deyə,  deputat hiddətləndi.

Elə hallar olurdu ki, ayrı-ayrı məmurlara aylarla zəng etmək mümkün olmurdu.

“İş üslubunu dəyişmək vacibdir. Zənglərə bilavasitə adresatın özü cavab verməlidir. Bunu mənə də millət vəkili kimi seçicilərlə bağlı məsələləri həll etməyə kömək edər”,- deyə, F.İbrahimli əlavə edib.

1news.az

 

Paylaş:
571

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər