Ötən gün qeydə alınmış 75 cinayət faktından 31-nin üstü “isti izlər”lə açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün qeydə alınmış 75 cinayət faktından 31-nin üstü “isti izlər”lə açılıb

14:37 - 01 / 02 / 2016
Ötən gün qeydə alınmış 75 cinayət faktından 31-nin üstü “isti izlər”lə açılıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 75 cinayət faktı qeydə alınıb. Onların 31-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında bir yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə bir nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib.

Cinayət törətdiklərinə görə 43 nəfər tutulub.

1news.az

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər