DAIR dövlət qurumlarına Azərbaycanda turizm sahəsinin inkişafı üçün təkliflər paketini təqdim edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

DAIR dövlət qurumlarına Azərbaycanda turizm sahəsinin inkişafı üçün təkliflər paketini təqdim edəcək

14:47 - 03 / 02 / 2016
DAIR dövlət qurumlarına Azərbaycanda turizm sahəsinin inkişafı üçün təkliflər paketini təqdim edəcək

Azərbaycanın dövlət qurumlarına ölkənin turizm sahəsinin inkişafı ilə bağlı təkliflər paketi təqdim olunacaq.

Bu haqda 1news.az-a Bakıda “Antiböhran konsalidasiya” mövzusuunda keçirilən dəyirmi masa zamanı Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının(DAIR) sədri Samir Dübəndi bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan yeni iqtisadi vəziyyətdədir.

“Dünya iqtisadiyyatında baş verən proseslər, dünya neftinin qəfildan enməsi, eyni zamanda milli valyutanın – manatın məzənnəsinin düşməsi Azərbaycanın turizm və qonaqpərvərlik sənayesinə də mənfi təsirini göstərdi. Müşahidələrimizə görə, hazırda bazar böhran yaşayır və biz, bu vəziyyətdən ciddi narahatıq”, - S.Dübəndi bildirib.

O, sözlərinə əlavə edib ki, bu gün keçirilən dəyirmi masa təkliflər paketinin ilkin mərhələsidir ki, bundan sonra dövlət orqanlarının baxılmasına təqdim olunacaq.

“Bu gün turizm şirkətləri, mehmanxanlar, otellər, dövlət orqanları (Vergilər Nazirliyi, Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi), banklar, ictimai təşkilatlar, bir sözlə turizm və qonaqpərvərliklə bağlı olan hər bir qurum ilə bu sahə üçün vacib məsələlər ətrafında müzakirələr aparırıq. Bu müzakirələrin yekunu olaraq bazar iştirakçılarının qarşılaşdıqları əsas problemlər aşkar olunacaq”,  - Asossiasiya rəhbəri bildirib.

Tədbirin gedişi əsnasında bu məsələlər müzakirə olunacaq: antiböhran texnologiyasının tətbiqi, infrastruktur, qiymət siyasəti, yeni və rəqabətədavamlı xidmətlərin tətbiqi, xidmət heyətinin təsil və qiymətləndirilməsi, turizm və qonaqpərvərlik sənayesinin vergilərin sadləşdirilməsi.

Dəyirmi masa zamanı aşağıdakı məsələlərə diqqət yetirilib:

- bazarda büdcə aviaşirkətlərinin olmaması;

- Azərbaycanda turistik vizaların verilməsinin sadələşdirilməsi;

- vergi sistemində şəffaflıq prinsipinin qorunması, vergi dərəcələrinin fərqi və tətbiqi, vergi güzəştləri, vergi tətillərinin 3 ildən 5 ilədək bazar iştirakçılarına münasibəti;

-bazarda ədalətli rəqabətin olmaması (böhran əsasən icarədə olan mini-otel və otellərdə hiss olunur);

- xaricdə Azərbaycanın turizm üzrə attaşesinin olmaması;

- daxili turizm dərəcəsinin aşağı olması;

- kateqoriyalar üzrə otellərin təsnifatı, bu sahədə ictimai nəzərətin gücləndirilməsi;

- regionalarda hostellərin, eyni zamanda, 2, 3 və 4 ulduzlu otellərin tikilməsi;

- ekonom-sinif otellərinin inkişafı məqsədilə biznesin motivasiyası (sahibkarların kreditləşməsinə güzəşt, vergilərin sadələşdirilməsi, hostel və otel tikilişi üçün torpaq sahlərinə vergilərin tətbiqi);

- Azərbaycanın turizm sahəsi nümayəndələrininbeynəlxalq sərgi, seminar və s-də fəal iştirakı;

- peşəkar treninqlərin təşkili, sertifikatlaşma, xidmət sahəsinin qiymətləndirilməsi və s.

1news.az

Paylaş:
956

Son xəbərlər

Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12
Bütün xəbərlər