Balakəndə narkotikin təsiri altında avtomobil idarə edən şəxslər məsuliyyətə cəlb olunublar | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakəndə narkotikin təsiri altında avtomobil idarə edən şəxslər məsuliyyətə cəlb olunublar

11:12 - Bu gün
Balakəndə narkotikin təsiri altında avtomobil idarə edən şəxslər məsuliyyətə cəlb olunublar

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 5, eləcə də rayon ərazisində avtoxuliqanlıq edərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradan 1 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həmçinin yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər inzibati məsuliyyətə cəlb olunublar.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər