Azərbaycan neftinin qiyməti açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti açıqlanıb

10:08 - Bu gün
Azərbaycan neftinin qiyməti açıqlanıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

1news.az "APA-Economics"ə istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları azalaraq 65.08 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65,10 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Paylaş:
37

Son xəbərlər

Bütün xəbərlər