BMT-nin icraçı direktoru: “Azərbaycan ixracata diqqət yönəltməklə yanaşı, eyni zamanda daxili tələbatı da stimullaşdırmalıdır” | 1news.az | Xəbərlər
Köşə

BMT-nin icraçı direktoru: “Azərbaycan ixracata diqqət yönəltməklə yanaşı, eyni zamanda daxili tələbatı da stimullaşdırmalıdır”

12:31 - 04 / 02 / 2016
BMT-nin icraçı direktoru: “Azərbaycan ixracata diqqət yönəltməklə yanaşı, eyni zamanda daxili tələbatı da stimullaşdırmalıdır”

BMT-nin baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ASİSK) icraçı direktoru Şamşad Axtar Bakıda 2-3 fevral tarixlərində ilk rəsmi səfərdə olub.

Günün əsas mövzusu – iqtisadiyyata yönəldilməklə ikitərəfli əməkdaşlıq məsələlərini, əsasən də ASİSK tərəfindən Qafqaz və Mərkəzi Asiyanı 2030-cu ilədək BMT-nin İnkişaf məqsədlərini dəstəkləməkdir.

Eyni zamanda, günün digər aktual mövzusu – Asiya-Sakit okean regionalarına inteqrasiya məsələsində razılıq mövqeləridir ki, bu da hər il ASİSK çərçivəsində mayın 18-də Bankokda yüksək səviyyədə keçiriləcək görüşdə geniş müzakirə olunacaq.

Doktor Şamşad Axtarın çiyinlərində Asiya regionunun iqtisadiyyat sahəsi üzrə böyük təcrübə dayanır: o, Pakistan Mərkəzi Bankının idarə sədri və Yaxın Şərq və Şimali Afrika regionu üzrə Beynəlxalq Bankın vitse-prezidenti vəzifələrini tutub. 2014-cü ildən isə ASİSK-in rəhbəri vəzifəsində çalışır.

1news.az-a eksklüziv müsahibəsi zamanı Şamşad Axtar regionun inteqrasiya sahəsi, bu məsələdə daha çox kimin maraqlı olduğu və eləcə də bu, hansı mənfəətləri əldə etməyə imkan verəcəyindən söhbət açdı. 

- Sizin Azərbaycan üçün irəli sürdüyünüz regional iqtisadi inteqrasiyanın perspektivləri necədir? Hər iki tərəf bu məsələdə nə dərəcədə maraqlıdır?

- Regional iqtisadi əməkdaşlıq və inteqrasiya Asiya-Sakit okean regionuna (ASR) əhəmiyyətli nailiyyətlər gətirib. ASR-in bəzi subregionları inteqrasiya məsələsində daha uğurlu oldu ki, bu da onların iqtisadi artım və inkişafına səbəb oldu.

Mərkəzi Asiya və Qafqaz bu nəticələri əldə etmək üçün çox işləri görməlidir. Qeyd etmək istərdim ki, Azərbaycan mənfəətli vəziyyətdədir. Ölkə coğrafi cəhətdən Şimal-Cənub və Şərq-Qərb üçün təbii dəhlizdə yerləşib. Son vaxtlar Azərbaycan nəqliyyat mərkəzi kimi də özünü çox gözəl nümayiş etdirib.

Bu sahədə effektli yüksəlmə üçün isə Azərbaycanın iqtisadiyyatı şaxələndirilməlidir.Regional inteqrasiya buna fəal sürətdə yardım edə bilər. Belə ki, şaxələndirmə istər Avropa, istər Asiya, istərsə də qonşu ölkələr üçün olsun müxtəlif istiqamətlərdə yeni dəhlizlərin açılışına da kömək edə bilər. Regionaləməkdaşlığa və iqtisadiyatın şaxələndirilməsinə qoyulan sərmayələr uzun müddət ölkə və onun iqtisadi rifahına xidmət edəcək.

- Azərbaycan rəsmiləri ilə görüşlərin nəticəsi olaraq sizdə hansı təəssüratlar yarandı? Azərbaycan tərəfi təklif edilmiş inteqrasiyaya nə dərəcədə hazırdır?

- Bakıda Xarici İşlər, İqtisadiyyat, Maliyyə, Nəqliyyat nazirliklərində, eləcə də Mərkəzi Bankda görüşlərim oldu.

Görüşlərin yekunu məndə Azərbaycanın inkişaf strategiyasının təəssüratını yaratdı. Belə ki, görüşlər zamanı regional nəqliyyat dəhlizləri layihələrinin gedişi  haqda, daha çox Şərq-Qərb dəhlizi, eyni zamanda Şimal-Cənub dəhlizinin potensialları barədə məlumatlandırıldım.

Bu görüşlərdən olduqca nikbin əhval-ruhiyyə hiss etdim. Azəbaycanın nəqliyyat dəhlizlərinin inkişafında qabaqcıl mövqedə dayanması da vəziyyəti yaxşılaşdırır. Ölkə boru kəmərləri vasitəsilə də dünyanın enerji bazarlarına kifayət qədər inqteqrasiya edib.

- ASİSK yaranmış böhran vəziyyətindən çıxış yolu olaraq xammal iqtisadiyyatına hansı imkanları təqdim edir? 

- Dərin qlobal maliyyə böhranından təzəcə bərpa olmuş dünya belə tez bir zamanda neftin qiymətinin düşməsini gözləmirdi. Qeyd etmək istərdim ki, neftin qiymətinin düşməsi Asiya ölkələrinin iqtisadiyyatına müxtəlif cür təsir göstərib. Belə ki, Asiya məkanında neft-qaz resurslarıo qədər də çox deyil, buna görə Asiya ölkələri bundan qazandı.

Lakin neft istehsal və ixrac edən ölkə üçün təbii olaraq ağır vəziyyət yaranıb. Eyni zamanda hesab edirəm ki, bu böhran həmin ölkələriiqtisadi şaxələndirmə haqda ciddi düşündürərək onlar üçün yeni imkanlar da aça bilər.

BMT və onun qurumları problemin hazır həllini təklif etmir. Biz bazarda tədqiqatlar aparırıq və daha sonra regionun iqtisadi vəziyyəti haqda rəyləri təqdim edirik. Hazırda etiraf etmək lazımdır ki, Asiyanın artım və inkişaf templəri azalır, bu da əhəmiyyətli azalmadır. Nümunə üçün, 2015-ci ildə regionun iqtisadi artımı 5% idi, bu göstərici də böhran yaranmadan 9,5% az olub. Eniş həmçinin Çində də hiss olunub. 

Proqnozlarımıza görə, bu tendensiya bir müddət davam edə bilər. Belə ki, siz ölkədə iqtisadi artımınbərpa və inkişafı üçün iqtisadiyyatı balanslaşdırmalısınız. Yalnız ixracata cəmlənmək əvəzinə, həmçinin daxili tələbatı da stimullaşdırmaq, eyni zamanda regionda məhsuldarlığın artırılması üçün struktur islahatları aparmaq lazımdır.

- ASR regionunda elə ölkələr var ki, bilinmir haradan yaranıb, qısa zaman ərzində iqtisadi inkişafa nail olub və heç bir böhran yaşamayıblar. Fikrinizcə, hər hansı Asiya ölkəsi hazırda Azərbaycanın qarşılaşdığı analoji problemlərlə bağlı ölkə iqtisadiyatının inkişafı üçün effektli model ola bilərmi?

- Sistem bir qədər fərqli işləyir. Bir çox faktorları nəzərə almaq lazımdır. Lakin bəzi mexanizmlər var ki, ümumi böhran fonunda faydalı ola bilər.

İlk üsul ondan ibarətdir ki, vergi daxilolmaları üçün maliyyə stimulunu artırmaq lazımdır.  Bu, ictimai tələbat hesabına iqtisadi artımı canlandıracaq.

Digər üsul isə –pul siyasətini zəiflətməkdir, bu da faiz dərəcələrinin aşağı enməsi deməkdir. Və üçüncü üsul isə – srturktur islahatları aparmaqdır ki, bunun hesabına da iqtisadi artımı bərpa etmək üçün imkan yanacaq.

- Sakit okean regionundan hansı ölkənin inteqrasiyası Azərbaycan üçün daha ehtimal ediləndir? Və burada Çinin təşəbüssü ilə irəli sürülən Yeni İpək Yolu layihəsinin hansı rolu ola bilər?

- Çin sözsüz ki, nəqliyyat kommunikasiyaları şəbəkəsini artırmağa can atır ki, bu da son nəticədə onun Avropa ilə bağlamağa imkan versin. Bu yeni layihə qədim İpək Yolu layihəsinin konsepsiyasını bərpa edəcək. Lakin hazırda dünyanın bir-birindən ayrı düşmüş hissələrini birləşdirməyə cəhddir.

Bu yolun da öz çətinlikləri var. Cənubi Koreyanın sözsüz ki, Avropa ilə əlaqələri var, Rusiyanın Mərkəzi Asiya ilə öz maraqları var, Çin isə Pakistan və Afrikada mövqelərini möhkəmlətmək istəyir.

Zənnimcə, məsələyə bir qədər geniş yanaşmaq lazımdır. Hazırda region ölkələri –  infrastrukturun inkişafını atrırmaq, nəticə etibarilə kommunikasiya şəbəkəsi vasitəsilə bazarları birləşdirməyə can atırlar.

1news.az

Paylaş:
1298

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər