İşsizlik müavinətinin minimum məbləği artırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İşsizlik müavinətinin minimum məbləği artırılıb

13:44 - 05 / 02 / 2016
İşsizlik müavinətinin minimum məbləği artırılıb

Nazirlər Kabineti “İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

1news.az xəbər verir ki, dəyişikliyə əsasən, işsizlik müavinətinin və yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğləri artırılıb.

İndiyə qədər işsizlik müavinətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarının göndərişi ilə peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləği 55 manat miqdarında olub.

Dəyişikliyə əsasən, hər iki məbləğ 75 manat müəyyənləşdirilib.

1news.az

Paylaş:
677

Son xəbərlər

Bütün xəbərlər