Mikayıl Cabbarov: “Azərbaycanda dövlət siyasətinin təməlində əhalinin sosial rifahının yaxşılaşdırılması dayanır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarov: “Azərbaycanda dövlət siyasətinin təməlində əhalinin sosial rifahının yaxşılaşdırılması dayanır”

18:11 - 05 / 02 / 2016
Mikayıl Cabbarov: “Azərbaycanda dövlət siyasətinin təməlində əhalinin sosial rifahının yaxşılaşdırılması dayanır”

Fevralın 5-də təhsil naziri Mikayıl Cabbarov Beyləqanda ictimaiyyət nümayəndələri ilə görüşüb.

1news.az xəbər verir ki, görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Mədəniyyət sarayında keçirilən görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev görüşdə çıxış edərək, son illərdə rayonda görülən işlərdən, müxtəlif sahələrdə, o cümlədən aqrar sektorda əldə olunan uğurlardan danışıb. Bildirib ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Beyləqanda geniş quruculuq işləri aparılıb, infrastruktur layihələri həyata keçirilib, yeni iş yerləri açılıb. Qeyd edilib ki, Beyləqanda heyvandarlığın, taxılçılığın və pambıqçılığın inkişafı üçün geniş imkanlar var.

Görüşdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Prezidentin tapşırığı ilə bölgələrdə keçirilən görüşlərin əsas məqsədi sakinləri dinləmək, onların fikir və təkliflərini öyrənmək, qaldırılan məsələlərin həllinə nail olmaqdır. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasətdən danışan nazir diqqətə çatdırıb ki, müharibə şəraitində yaşamasına, bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycanda bütün sahələrdə tərəqqiyə nail olunub.

“Paytaxtla yanaşı, bölgələr də inkişaf edib. Üç minə yaxın məktəb, yüzlərlə xəstəxana tikilib, minlərlə kilometr yol çəkilib, infrastruktur layihələri həyata keçirilib, geniş quruculuq işləri aparılıb. Bütün bunlar sübut edir ki, Azərbaycanda aparılan dövlət siyasətinin təməlində məhz əhalinin sosial rifahının yaxşılaşdırılması dayanır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün torpaqlardan səmərəli istifadə xüsusi önəm daşıyır. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi vacib şərtdir”, - deyə nazir bildirib.

Təhsil naziri ictimaiyyət nümayəndələrini müzakirələrdə fəal olmağa, problemlərin həlli, rayonun potensialından dolğun istifadə edilməsi üçün təkliflər verməyə çağırıb.

İctimaiyyət nümayəndələri və sahibkarlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, pambıqçılığın inkişafı, pambıq istehsalçılarına subsidiyaların verilməsi, qış otlaq torpaqlarından icarəyə götürülmüş sahələrin əkin dövriyyəsinin 30-40 faizə çatdırılması, uyğunlaşdırılmış binalarda fəaliyyət göstərən məktəblər üçün yeni binaların tikilməsi və əsaslı təmiri ilə bağlı təkliflər irəli sürüblər.

Nazir qaldırılan məsələlərin araşdırılacağını və lazımi tədbirlər görüləcəyini bildirib.

Görüşdə Milli Məclisin deputatları Çingiz QənizadəŞahin İsmayılov iştirak ediblər.

1news.az

Paylaş:
774

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər