Regionlarda qar yağacağı gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Regionlarda qar yağacağı gözlənilir

16:09 - 06 / 02 / 2016
Regionlarda qar yağacağı gözlənilir

Fevralın 7-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu gecə və gündüz 2-6° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-10° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 4-7° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 4-6° isti, gündüz 6-8° isti olacağı gözlənilir.

Paylaş:
625

Son xəbərlər

Bütün xəbərlər