“Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş yanğın tamamilə söndürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş yanğın tamamilə söndürülüb

20:24 - 10 / 02 / 2016
“Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş yanğın tamamilə söndürülüb

Ötən il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində yaranmış yanğın tamamilə söndürülüb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin vaxtdan bəri yanğının söndürülməsi istiqamətində fasiləsiz tədbirlər həyata keçirilib.

"Görülmüş fasiləsiz və təxirəsalınmaz tədbirlərin nəticəsində bu gün saat 19:24-də yanğın tamamilə söndürülüb".

1news.az

Paylaş:
916

Son xəbərlər

Bütün xəbərlər