Əbülfəs Qarayev: “Yüksək fəxri ada layiq görülən insan bu adı alçaltmamalıdır”
“İstər xalq artisti olsun, istər sıravi insan, fərq etməz. Münasibətlərdə etik normalara riayət olunmalıdır”.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son zamanlar Azərbaycanda bəzi xalq artistləri arasında yaranan gərginliyə münasibət bildirərkən deyib.
Nazir bildirib ki, xalq artisti, yaxud digər insanlar öz mədəniyyətini cəmiyyətin mədəniyyətinə uyğunlaşdıra bilmirsə, özü haqqında ciddi düşünməlidir:
“Bəzən soruşurlar ki, nazirlik buna necə reaksiya verir? Hər hansı insan mənim yerimdə otursun, buna necə reaksiya verər? Bu sadəcə, mənəvi baxımdan xalqlımızın mədəniyyətini alçaldan və özünü xalq qarşısında məyus etməkdən başqa bir şey deyil.
Bu adı daşıyan, cənab prezident tərəfindən yüksək fəxri ada layiq görülən insan bu adı alçaltmamalı, sözlərinə, ifadələrinə diqqət etməlidir”.
1news.az