Brilliant Dadaşovanın bacısı türk kanallarından birində evli kişi ilə münasibəti olduğunu bildirib - VİDEO
Xalq artisti Brilliant Dadaşovanın bacısı, xalq artisti Rafael Dadaşovun keçmiş həyat yoldaşı Sədaqət Dadaşova yenidən Türkiyə telekanallında yayımlanan “Zühal Topalla izdivac” proqramında iştirak edib.
Qeyd edək ki, Sədaqət Dadaşovanın proqramda iştirakı sosial şəbəkələrdə rezonans doğurub. Bunun səbəbi proq iştirakçılarından birinin S.Dadaşovaya elçi düşməsi idi.
Növbəti efir də S.Dadaşovanın iştirakı ilə keçib. O, 27 il əvvəl Asif adlı evli kişi ilə yaşadığı eşq macarasından danışıb.
“Asifdən olan uşağımın 20 yaşı var. O, çox şey vəd etmişdi. Amma yenə də öz ailəsini atmadı bizim münasibətlərimiz 7 il davam etsə də sona çatdı”, - deyə S.Dadaşova təəssüflənib.
Öz növbəsində proqram aparıcısı bildirib ki, həmin insan yenidən Sədaqəti efiordə görüb ona zəng etmək qərarına gəlib. Lakin efirə qoşulduğu zaman zəng edənin Asif deyil, Əsgər adlı kişi olduğu aydınlaşıb.
Aparıcı vəziyuyətin qarşıqlığını görərək, reklam fasiləsindən sonra S.Dadaşovanın zəng edən şəxslə efirdən kənar söhbət etdiyini bildirib.
“Zuhal Topalla izdivaç” proqramının həmin məqamını aşağıdakı vedionun 1:54-cü dəqiqəsindən izləmək olar.
1news.az