Rusiyada Heydər Əliyevə abidə ucaldılması ideyası dəstəklənir | 1news.az | Xəbərlər
Siyasət

Rusiyada Heydər Əliyevə abidə ucaldılması ideyası dəstəklənir

23:12 - 11 / 02 / 2016
Rusiyada Heydər Əliyevə abidə ucaldılması ideyası dəstəklənir

 Rusiya Federasiyası Dövlət Dumasının yuxarı palatasının vitse-spikeri İlyas Umaxanov Rusiyanın “Vestnik Kavkaza” agentliyinə müsahibəsində deyib: “İctimai təşkilatların Baykal-Amur magistralının tikintisində Heydər Əliyevin rolunu bizim mədəni, humanitar qarşılıqlı fəaliyyətimizin rəmzi, ümumi tarixi yaddaşımızın qorunması kimi əbədiləşdirilmək təşəbbüsü var”.

1news.a-ın məlumatına görə İ.Umaxanov qeyd edib ki, “Rusiya Dəmiryolları” ASC-nin rəhbərliyi ilə məsləhətləşmələr aparılır və yaxın günlərdə bu mövzu ilə bağlı ilk işçi iclas keçiriləcək. İ.Umaxanov deyib: “Bu layihəni qeyri-büdcə mənbələri, o cümlədən xeyriyyə, şəxsi vəsaitlər, ianələr hesabına maliyyələşdirməyə hazır olan təşəbbüs qrupu var. İdeya maksimum dəstəklənməyə layiqdir və Federasiya Şurası onu mümkün qədər tez həyata keçirmək üçün əlindən gələni edəcək. İdeal halda bunu Heydər Əliyevin doğum gününə, may bayramlarından dərhal sonra başa çatdırmaq lazımdır”.

AZƏRTAC

 

 

Paylaş:
948

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər