Axtarışda olan 375 nəfər tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Axtarışda olan 375 nəfər tutulub

13:01 - 11 / 02 / 2016
Axtarışda olan 375 nəfər tutulub

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq­-mühafizə orqanları tərəfindən axtarışda olan 375 nəfər aşkar­lanaraq aidiyyəti orqanlara təhvil verilib.

 

1news.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat veriblər.

 

Məlumata görə, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbir­ləri nəticəsində 8 halda 10 kiloqram 972 qram narkotik maddənin dövlət sərhə­dindən keçirilməsinin qarşısı alınıb.

 

Yanvar ayının 9-da Biləsuvar rayonunun Biləsuvar kəndi ərazi­sin­dəki sərhəd zastava­sı­nın xidməti ərazisində “Vaz-2015”markalı Az 44-BC-305 dövlət qeydiyyat nömrəli avtomobildə Lənkəran rayon sakinləri, Əliyev Rövşən Tofiq oğlu, İbişov Elşən Rafiq oğlu və Qasımzadə Musa Azad oğlu saxla­nılıblar. Avtomobilə baxış zamanı 3,9 kiloqram həşiş, 3,7 kiloqram marixuana aşkar edilib.

 

Yanvar ayının 16-da Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazi­sin­dəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsindəFüzuli rayon sakinləri Əsədov Səyyad Müzəffər oğlu və Məhərrəmov Vilayət Ziyad oğlu 2 kiloq­ram həşiş, 1140 qram marixuana, 25 qram heroin, 30 qram tiryəklə saxlanılıblar.

 

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 53 halda ümumi dəyəri təqribən 336 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd siqnal tapançası, RPK-74 silahı üçün 1 ədəd daraq, 41 ədəd 5,45 mm-lik patron, 2 ədəd beşbarmaq, 51600 Azərbaycan manatı, 2300 ABŞ valyutası, 500 Avropa valyutası, 12186 qutu siqaret, 34 ədəd mobil telefon, 1940 qutu pirotexniki vasitə, 9968 ədəd dərman preparatları, 1 baş at, müxtəlif ərzaq və sənaye malları saxlanılıb.

 

1news.az

Paylaş:
837

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər