Parlamentdə bələdiyyələrlə bağlı müzakirə keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Parlamentdə bələdiyyələrlə bağlı müzakirə keçirilib

14:06 - 12 / 02 / 2016
Parlamentdə bələdiyyələrlə bağlı müzakirə keçirilib

Bələdiyyələrin birləşdirilməsindən sonra onların sayı 1607-yə çatıb.

Bu haqda Milli Məclisin plenar iclası zamanı ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib.

Onun sözlərinə görə, qanunsuz torpaq satışı və ələ keçirilməsi hallarının aradan  qaldırılması ilə bağlı tədbirlər həyata keçirilib.

“Ədliyyə Nazirliyi Bələdiyyə İş üzrə Mərkəzə ötən il ərzində 2093 müraciət daxil olub”,- o, qeyd edib.

V.Zahirov bələdiyyə satınalmaları haqqında qanunun qəbul olunmasını vacib hesab edib.

“Bu bələdiyyələrin fəaliyyətində şəffaflığı artıracaq”, -o deyib.

Regional məsələlər üzrə parlament komitəsinin rrəhbəri Arif Rəhimzadə çıxışı zamanı qeyd edib ki, bələdiyyə orqanlarına ayrılan maliyyə vəsaitləri artırılmalıdır.

“Elə bələdiyyələr var ki, hətta işçilərinə əməkhaqqı ödəyə bilmirlər. Dövlət bələdiyyələrə vəsait ayırmalıdır. İndiyə qədər bələdiyyənin torpaq xəritəsi də yaradılmayıb”,- deyən A.Rəhimzadə, bələdiyyənin vergi toplanmasındakı iştirakının məhdud olduğu vurğulayıb.

Komitə sədri onu da qeyd edib ki, Milli Məclisdə səsləndirilən tənqid və təkliflərə heç bir reaksiya verilmir. “ Plenar iclasda səsləndirilən tənqidi rəylərin müvafiq orqanlara göndərilməsini təklif edirəm”, -o, bildirib.

İclasda çıxış edən Oktay Əsədov da, bələdiyyələrə yardım etməyin vacibliyindən danışdı. “Lakin bələdiyyələrin özü də çalışmalı, təkliflər irəli sürməlidir”,- spiker qeyd edib.

1news.az

 

Paylaş:
682

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər