Səhiyyə Nazirliyi Bakının mərkəzində tapılmış embrionla bağlı açıqlama verib – FOTO-VİDEO-YENİLƏNMƏ
Uşaqlara, əsəbi və psixoloji cəhətdən zəif olan insanların foto və videolara baxması məsləhət görülmür.
Səhiyyə Nazirliyi Bakının Nəsimi rayonunda Azadlıq prospekti ilə akademik Həsən Əliyev küçələrinin kəsişməsində tapılmış iki rüşeymlə bağlı açıqlama verib.
1news.az-a nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, tapılan rüşeymlərin heç bir xəstəxana və doğum evinə aidiyyatı yoxdur.
“Xəstəxanalar abortdan sonra embrionları yox etmək üçün hər cür avadanlığa sahibdir. İstər xəstəxanaların, istərsə də doğum evlərinin bunun üçün xüsusi vasitələri var. Heç bir xəstəxana bu cür antisanitar vəziyyətə yol verməz və insanların hissiyyatı ilə oynamaz”, - bu sözləri nazirlikdə qeyd etdilər.
1news.az
16.43
Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ilə akad.Həsən Əliyev küçələrinin kəsişməsində iki embpioan tapılıb.
1news.az xəbər verir ki, bu haqda hadisənin şahidi olan həkimin söylədiklərinə görə, embrionlar yolun nəqliyyat tərəkəti tərəfində zibil qutularının yaxınlığında yerdə aşkarlanıb. Şahid həmdə onu qeyd edib ki, bu abortdan sonra olan embriondur. Uzunluğu 10-15 sm olan embrionlar hamilələyin 2-3-cü ayına aiddir. Bundan sonra şahid foto və video və bununla bağlı öz sözlərini göndərib. Mənbənin sözlərinə görə, embrion yaxılıqda yerləşən tibb müəssisəsi və ya doğum evi işçilərinin səhlənkarlığı üzündən embrion yanlış ləğv edilib”,- deyə hadisə şahidi videodakı şərhində qeyd edib.
Nəsimi rayon Polis İdarəsidən 1news.az- bildirilib ki, hadisə haqqında informasiyaya malik olmasalar da, faktla bağlı araşdırma aparılıacaq.
Qeyd edək ki, “B” sinfinə aid bioloji tulllantılar (abort və düşmə nəticələri) xüsusi poliqonlarda dəfn edilməli, yaxud xəstəxanadakı mini krematoriyada aradan qaldırılmalıdır.
1news.az