Hüseyn Bağırov Neftçala, Salyan, Biləsuvar və Cəlilabad rayonlarının sakinləri ilə görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Hüseyn Bağırov Neftçala, Salyan, Biləsuvar və Cəlilabad rayonlarının sakinləri ilə görüşəcək

11:58 - 16 / 02 / 2016
Hüseyn Bağırov Neftçala, Salyan, Biləsuvar və Cəlilabad rayonlarının sakinləri ilə görüşəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov fevralın 25-də saat 10:00-da Neftçala da vətəndaşları qəbul edəcək.

1news.az-ın məlumatına görə, Heydər Əliyev Mərkəzində (ünvan: Neftçala şəhəri H.Əliyev prospekti 34) baş tutacaq qəbulda Neftçala ilə yanaşı Salyan, Biləsuvar və Cəlilabad rayonlarında yaşayan vətəndaşlar da iştirak edəcəklər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Şirvan Milli Parkına müraciət etmələri (ünvan: Salyan rayonu Yenikənd kəndi, əlaqə telefonları: 050-332-42-01, 055-455-36-03) xahiş olunur.

1news.az

 

Paylaş:
1158

Son xəbərlər

Bütün xəbərlər